Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində olub

16 Mart 2017
Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Song Jingvunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyinin qonağı olub. Qonaqlar Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış olublar.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Song Jingvuya muzeyin yeni nəşri olan, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı hədiyyə edilib.