
Topaz Premyer liqasının XXII turuna start verilib
13 Mart 2017
Martın 13-də Topaz Premyer Liqasının XXII turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun Gəncə şəhər stadionunda keçirilən ilk oyununda “Zirə” klubu “Kəpəz”in qonağı olub.
Baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə ev sahibləri minimal hesabla qalib gəliblər. Oyunun 56-cı dəqiqəsində Julien Ebah hesabı açmağa nail olub.
Beləliklə, xallarının sayını 21-ə çatdıran “Kəpəz” altıncı sıraya yüksəlib. “Zirə” isə 29 xalla dördüncüdür.