Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

11 Mart 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 5-6 (əlavə), maddə 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2010, № 12, maddə 1056) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 17-ci maddədə “Müdafiə Nazirliyinin bilavasitə müdafiə nazirinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının bilavasitə rəhbərinə” sözləri ilə, “müdafiə nazirinin” sözləri isə “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin.

2. 18-ci maddədə “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəhbəri” sözləri ilə, “milli təhlükəsizlik və daxili işlər nazirləri” sözləri isə “müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri” sözləri ilə əvəz edilsin.

3. 27-ci, 30-cu, 34-cü, 60-cı və 66-cı maddələrdə “müdafiə nazirinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin.

4. 35-ci maddədə, 81-ci maddənin üçüncü abzasında və  107-ci maddədə “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.

5. 75-ci maddədə “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin.

6. 80-ci maddə üzrə:

6.1. birinci hissənin “v” bəndində və üçüncü hissədə “Müdafiə nazirinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin;

6.2. ikinci hissədə “Müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin” sözləri ilə əvəz edilsin.

7. 118-ci maddənin birinci hissəsinin ikinci abzasında “Müdafiə Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il