Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Türkiyə və Gürcüstana xarici sərmayə qoyuluşunda liderlik edir

17 Fevral 2017
Azərbaycan Türkiyə və Gürcüstana xarici sərmayə qoyuluşunda liderlik edir.

Bunu İstanbulda AZƏRTAC-a müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, hazırda Türkiyə iqtisadiyyatına ölkəmizin sərmayə qoyuluşu 9 milyard ABŞ dolları təşkil edir. Bu məbləğin 16-17 milyarda çatdırılması hədəflənir. Gürcüstan iqtisadiyyatına yatırım isə 3,4 milyard dollar təşkil edir ki, bunun da 2,7 milyard dolları qeyri-neft sahəsinin payına düşür.

Ölkəmizin Türkiyə və Gürcüstan iqtisadiyyatının inkişafına xüsusi önəm verdiyini vurğulayan nazir qeyd edib ki, hər iki ölkə ilə qarşılıqlı ticarət dövriyyəsi yüksələn xətlə davam edəcək.

 

AZƏRTAC