Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çoxdankı arzumuza çatdıq

12 Fevral 2017
 

Hörmətli redaksiya! Yaşadığımız Gültəpə kəndi Qubanın ucqar dağlıq ərazisində yerləşir. Dağlarla əhatələnən kəndimizin yolu bərbad vəziyyətdə idi. Bir neçə turist marşrutunun keçdiyi Gültəpə nədənsə unudulmuşdu.

Ötən ilin sonlarında rayon rəhbərliyi ilə görüşümüzdə yolumuzun ürəkaçan olmadığını nəzərə çatdırdıq. Elə həmin gündən əlaqədar təşkilatların nümayəndələri kəndə gələrək iş planı hazırlamağa başladılar.

Artıq yolun bir hissəsi texnika ilə hamarlanıb, əraziyə çınqıl tökülüb. Çalalar, dəliklər doldurulub, keçidlərin təmirinə başlanılıb. İnşaatçılar may ayına qədər yolu təmir edəcəklərini, asfaltlayaraq istismara verəcəklərini bildirirlər.

Bu, bizi çox sevindirir. Nəhayət,  yolumuz düzəlmək üzrədir. Şübhəsiz, yol təmir edildikdən sonra bu istiqamətdə turistlərin gediş-gəlişi artacaq. Deməli, kənd əhalisinin turizmdən əlavə gəlir götürmək imkanları da yüksələcək.        

 

Səmayə QARAYEVA,

Quba, Gültəpə kənd sakini