Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xəzər dənizində zəlzələ olub

11 Yanvar 2017
Yanvarın 11-də Xəzər dənizinin Azərbaycana aid hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:28-də Nardarandan 160 kilometr şərqdə, Xəzər dənizində qeydə alınıb. Ocağı 59 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.