Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp kürəkənini baş müşavir təyin edəcək

10 Yanvar 2017
Donald Trampın kürəkəni, 35 yaşlı biznesmen Cared Kuşner ABŞ-ın yeni Prezidentinin baş müşaviri olacaq. Bu barədə “Röyter” agentliyi amerikalı milyarderin keçid komandasının rəsmi nümayəndəsinə istinadən xəbər verir. Trampın kürəkəni administrasiyada Yaxın Şərq və ticarət məsələlərinə baxacaq.

Kuşner Trampın böyük qızı İvanka ilə evlidir. O, Donald Trampın seçkiqabağı qərargahının əsas strateqlərindən biri idi. Kuşner həmçinin keçid komandasının təşkilində aparıcı rol oynamışdır. Bundan başqa, o, internet və sosial şəbəkələrdə Donald Trampa dəstək kampaniyası təşkil etmişdir.

Kuşnerin siyasi təcrübəsi yoxdur. Bununla belə, Tramp əmindir ki, onun kürəkəni biznesdə olduğu qədər siyasətdə də uğurlu fəaliyyət göstərəcək.