Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ən azyaşlı insan mumiyası aşkarlanıb

07 Yanvar 2017
İngiltərədən olan bir qrup tədqiqatçı “Maidstone” muzeyində saxlanılan kiçikölçülü mumiyanın körpə uşağa aid faktını araşdırır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Tibb və Cərrahiyyə üzrə Kent İnstitutunda aparılan tomoqrafiyanın ilkin nəticələrinə görə, araşdırılan mumiyanın hamiləliyin iyirminci həftəsində ölü doğulmuş körpəyə aid olduğu müəyyənləşdirilib.

Ekspertlər hesab edirlər ki, bu fakt təsdiqini taparsa, körpəyə məxsus mumiya indiyədək aşkarlanmış mumiyalar arasında ən azyaşlısı hesab olunacaq.