Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayrılmalıdır

22 Dekabr 2016
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda siyasi tədqiqatların aparılmasının nəzəri-metodoloji problemlərinə həsr olunan elmi seminar keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru, professor Musa Qasımlı ictimai elmlər üzrə tədqiqatçıların elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayırmalarının əhəmiyyətini vurğulayıb.

M.Qasımlı diqqətə çatdırıb ki, seminarın məqsədi plan işi mövzusu götürmüş əməkdaşların tədqiqatlar apararkən hansı metodoloji prinsiplərdən istifadə etdiklərini müəyyənləşdirmək, mənbələrlə işləmək bacarığını təkmilləşdirmək, hadisə və proseslərin mahiyyətini aydınlaşdırmağın forma və üsullarını izah etməkdir.

İnstitut əməkdaşlarının müvafiq sahə üzrə tədqiqatlarının səmərəliliyini artırmaq baxımından faydalı olan seminarda iştirakçıların sualları cavablandırılıb.