Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümummilli Liderin qurduğu Azərbaycan dövləti bu gün bütün dünyada tanınır

13 Dekabr 2016
Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstü önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə universitetin rektoru, professor Nurlana Əliyeva dünya şöhrətli siyasətçinin Azərbaycanın müstəqillik tarixindəki əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli Liderin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasının təmin edilməsi üçün mühim işlər görülüb. Onun qurduğu Azərbaycan dövləti bu gün bütün dünyada tanınır. O, qabaqcıl dünya ölkələrinin prezidentlərinə siyasi dərs verməyə qadir böyük siyasi lider idi.

Rektor Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirdiyini vurğulayıb.

Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi islahatlardan danışan professor N.Əliyeva Ulu Öndərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyin qorunub saxlanması istiqamətində gördüyü işlərdən danışıblar.

Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.