Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 385

09 Oktyabr 2016
 

N 385                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli qərarının ləğv edilməsi barədə

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 3, maddə 189, N 5, maddə 334, N 12, maddə 753; 2001, N 7, maddə 512, N 10, maddə 668; 2002, N 2, maddə 110, N 4, maddə 210, N 11, maddə 675; 2004, N 3, maddə 193; 2005, N 6, maddə 536; 2006, N 2, maddə 184; 2007, N 2, maddə 201; 2009, N 1, maddə 32, N 6, maddə 499) ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri