Zaqatalada zəlzələdən zərərçəkənlərə reanimobil maşınlar göndərilmişdir
Xəbər verildiyi kimi, mayın 7-də Zaqatala rayonunda zəlzələ baş vermişdir. Əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranmışdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu gərginliyin aradan qaldırılması, eləcə də zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədilə nazirliyin mütəxəssislərdən ibarət briqadaları hadisə yerlərinə ezam olunmuşlar. Təbii fəlakət baş verdiyi andan etibarən Səhiyyə Nazirliyinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri zərərçəkmişlərə vaxtında lazımi tibbi yardım göstərmiş, müxtəlif xəsarətlərlə müraciət etmiş 50-yə yaxın yerli sakinə ambulator tibbi yardım göstərmiş, 1 nəfər isə üz-çənə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir.
Səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında hadisə yerinə mütəxəssislərlə yanaşı, içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərilmişdir. Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Gözparaq, Çobankol və Qımır kəndlərində çadırlar qurulmuşdur. Bu çadırlarda müvəqqəti məskunlaşmış insanlara tibbi yardım göstərilməsi məqsədi ilə təcili yardım maşınları fasiləsiz fəaliyyət göstərirlər.
Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulmuş və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilmişdir.
Həkimlərin səyi və zəhməti nəticəsində yaralıların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmamışdır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!