06 Aprel 2023 01:38
1262
Səhiyyə
A- A+

Yüksək əqidə

 

(Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)

 

Dünyada ən qiymətli nemət sağlamlıqdır 
deyirlər!
Və bəzən biz bunu sağlamlığımızı itirdikdən sonra dərindən dərk edirik.
El-oba, xalq üçün gərəkli insanlar da belədir!
Onları itirdikdən sonra yerləri boş qalır, gözlərimiz daim axtarır-arayır...
Akademik Zərifə xanım Əliyeva xalqımızın qəlbində özünə yurd salmış gərəkli, fədakar, həm də təvazökar insanlardandır.
Ömrünü-gününü təkcə ailəsinə, övladlarına 
deyil, həm də insanların sağlamlığına həsr etmişdir.
İnsanların gözünə nur, ürəklərə işıq bəxş edərdi...
Bir alim kimi daim arayıb-axtarmış, Azərbaycan üçün xarakterik sayılan göz xəstəliklərinin müalicəsi üçün uzun illər tədqiqatlar aparmış, üsul və vasitələr tapmışdır.
Zərifə xanım Əliyevanın həm də özünəməxsus həkim fəlsəfəsi, xəstələrə yanaşma metodu, prinsipləri olmuşdur.
Bütün bunları o, qələmə aldığı "Yüksək əqidə"  kitabında həssaslıqla əks etdirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il həm də akademik Zərifə xanım Əliyevanın yüz illik yubileyi qeyd olunacaqdır.
Şanlı yubiley ərəfəsində akademik Zərifə xanım Əliyevanın "Yüksək əqidə" (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) kitabından parçaları dərc edir, onun əziz və unudulmaz xatirəsini ehtiramla anırıq.
Burada ruhani doktrinalarla yanaşı, müasir fənlər (elm sahələri) - astronomiya, riyaziyyat, məntiq, fəlsəfə, təbabət elmləri öyrənilirdi. Bu isə Azərbaycanda təhsilin və xüsusilə elmin inkişafında çox böyük əhəmiyyət kəsb edirdi.
Belə ki, artıq XII əsrdə Azərbaycanda əsl tibb məktəbi yarandı. Burada bütün Şərqdə məşhur olan həkim və əczaçı Ömər Osman oğlu çox fəal tibb kadrları hazırlayırdı. Ömər Osman oğlu və onun yetirmələri bitkilərin müalicəvi xüsusiyyətləri sahəsində də çox işlər görürdülər. Onlar çoxsaylı elmi işlərində müalicəvi otların tibbi təcrübədə işlənməsi haqqında geniş yazırdılar.
Ömər Osman oğlu dərin biliyə malik idi. O, Loğmanın elan etdiyi əxlaqi prinsipləri yaxşı bilərək, onun sadiq tərəfdarı qalmaqla öz həyatını təhlükə altına atmaqdan qorxmayaraq, öz tələbələrinə öyrədirdi ki, həkimlik fəaliyyəti insana məhəbbət üzərində qurulub. Onun həkimlərə olan tələbi hətta dərin kök salmış adətlərin əksinə olaraq belə idi: "Öz qan düşmənindən belə üz döndərmə. Onu müalicə edib sağalt".
Ömər Osman oğlu öz tələbələrini mənəvi-əxlaqi təmizlik, patriotizm ruhunda və xalqa xidmət etmək üçün tərbiyə edirdi. Onun həyat amalı belə idi: "Hətta sənin şəxsi mənafeyinə zidd olsa da, xalqa xeyir ver", "eqoist olma", "cənnətə düşməyə can atma və cəhənnəmdən qorxma".
Ömər Osman oğlunun gözəl ənənələrini davam etdirən qohumu, məşhur şair Xaqani belə yazırdı: "Əgər sən istəyirsənsə ürəyin güzgü təmizliyində olsun, on amili: acgözlüyü, riyakarlığı, paxıllığı, pis söz danışmağı, qəzəbi, lovğalığı, qanunları pozmağı, ikiüzlülüyü, düşmənçiliyi və yalanı oradan at".
Azərbaycanın dahi şairi və mütəfəkkiri, öz dövrünün ən görkəmli, inkişaf etmiş, oncül insanlarından olan Nizami, təbabəti və həkim ixtisasını çox yüksək qiymətləndirirdi. O, özünün ölməz "Leyli və Məcnun" əsərində belə yazır:
İki elmin göbəyində ətir var 
Və bu ya zahid, ya da ki, həkimdir.

Nizami yaradıcılığında Azərbaycan xalq təbabətində istifadə olunan bir sıra üsullara qiymət verilir. Eyni zamanda bu gün də əhə-miyyətini itirməyən qida gigiyenasına aid göstərişlərə də rast gəlirik.
XIII əsrin axırlarında Nəciməddin Əhməd Naxçıvani əfsanəvi təxəllüsü "Loğman" hesab edilən İbn-Sinanın yaradıcılığına izahatlar yazıb. Bu, Azərbaycanda proqressiv həkim müalicə üsullarının və təbabətə nəzəri baxışların inkişafına ciddi təkan verib.
Çox az adama məlumdur ki, hələ XIV əsrdə Azərbaycanda "Dər-əş-Şəfa" Universiteti Sağaltma evi kimi müvəffəqiyyətlə fəaliyyət göstərirdi. Burada 5-7 min tələbə təhsil alırdı. Universitetdə iki yüzə yaxın görkəmli azərbaycanlı alim və müəllimləri mühazirə oxuyurdular. Buraya böyük həvəslə İrandan və Hindistandan, Çindən və Suriyadan, Misirdən və Orta Asiyadan alimlər gəlirdilər. Azərbaycanın qədim paytaxtı xarici alimləri təkcə öz zənginliyi və var-dövləti ilə deyil, eyni zamanda məhsuldar, səmərəli elmi işlər aparmaq imkanı ilə cəlb edirdi. "Dar-əş-Səfak" geniş elm, təhsil və tibbi şəbəkəyə malik idi. Eyni zamanda möhtəşəm rəsədxananı özündə cəm etmişdi. Onun kitabxanasının rəflərində 60 minə qədər çox qiymətli əlyazması qorunurdu.
XIX əsrin əvvəllərində bizim diyar - Azərbaycan tez-tez böyük hücumlara, talanlara, qarətlərə məruz qalırdı. 1813-cü ildə Azərbaycan şimal qonşusu olan Rusiyanın tərkibinə daxil oldu.
XIX əsrin görkəmli filosofu, mütəfəkkiri, dramaturqu M.F.Axundov yazır ki, rus dövlətinin himayəsinə keçdikdən sonra ardı-arası kəsilməyən hücumlardan və talanlardan nəhayət rahatlıq əldə edə bildik.
Dünyanın proqressiv mədəniyyətinə qoşulmaq Azərbaycan xalqının taleyində, onun mədəniyyətinin və xüsusilə çox vacib olan səhiyyə və tibb sahəsinin inkişafında mühüm tarixi rol oynadı.
Azərbaycan Rusiyanın tərkibinə daxil olmazdan əvvəl əhaliyə tibbi yardımı, əsasən, müxtəlif şərq ölkə mədrəsələrində "təhsil" almış təbabətin əsasını təşkil edən insan anatomiyası və fiziologiyasından xəbəri olmayan, heç bir biliyə malik olmayan primitiv hazırlıq keçmiş təbiblər göstərirdi. Stasionar və ambulator tibbi müəssisələr yox idi. Hətta bir çox xəstəliklər haqqında təsəvvürü belə olmayan, lakin xəstə insanları soymaq bacarığına malik olan savadsız təbiblər də çatışmırdı. Tibbi yardım, əsasən, ara adamlarının, falçıların, cadugərlərin, ruhanilərin, yəni elmi təbabət ilə heç bir əlaqəsi olmayan insanların əlində idi.
Elə ona görə də tibb elmi inkişaf etdikcə bu cür "bilicilərə" qarşı Azərbaycanın qabaqcıl mütəfəkkirləri - M. F. Axundov, Həsən bəy Zərdabi, N. Nərimanov, C. Məm-mədquluzadə və başqaları kəskin mübarizə aparırdılar. Çoxsaylı əsərlərində biz onların təbabət haqqında proqressiv fikirlərinə, cəmiyyətdə həkimin rolunun və onun yerinin düzgün qiymətləndirilməsinə rast gəlirik.
Azərbaycanın mütəfəkkir xadimləri çıxışlarında, yazılarında ara "həkimlərin"in, "bilicilər"in, mollaların müalicə işi ilə məşğul olmalarını açıqlayaraq, satirik gülüş atəşinə tutaraq, öz dövrlərində təbabətin elmi cəhətdən inkişafını, nailiyyətlərini ətraflı şərh edirdilər.
M.F.Axundov etika, siyasət, estetika, təbiətşünaslıq və təbabətə həsr olunmuş ölməz əsərlər yaratmışdı. O dövrün insanlarını təlaşa salan zəmanəsinin bir çox məsələlərinə, suallarına M. F. Axundov çox orijinal və proqressiv cavablar vermişdi. O, xalqını yoxsulluqdan, ölümdən xilas etmək üçün çıxış yolları axtarırdı, öz xalqını sərbəst və xoşbəxt görmək istəyirdi.
Öz bədii əsərlərində zəmanəsinin sosial problemlərini məharətlə açıqlayır, təbabətdən başı çıxmayan ara həkimlərini acı gülüşə tutaraq onları açıq-açığına ifşa edirdi. Öz komediyalarından biri "Molla İbrahimxəlil kimyagər" əsərində varlanmaq niyyəti ilə həkimliyə üz tutmuş "bilici"ni ciddi tənqid edərək, bu "həkim"in iç üzünü açmış, onun əsas "biliy"i heyvan ifrazatından dərman düzəltmək, insanlardan qan almaq və s. bu kimi lazımsız, hətta xəstəyə ziyan olan işlərlə məşğul olmağını sübut etmişdir.
M. F. Axundov "Hindistan şahzadəsi Kəmalüdövlənin fars şahzadəsi Cəlalüdövləyə üç məktubu və sonuncunun cavabı" adlı məşhur traktatının ikinci məktubunda müsəlman "alimlərinin" insan autopsiyasının əleyhinə çıxışlarına etiraz edərək yazır: "Təbabətdə anatomiya zəruridir, xəstənin düzgün müalicəsi ancaq ona əsaslanaraq aparılır və bəşəriyyət faydalı, səmərəli nəticəyə onun vasitəsilə nail olacaqdır. Məhz anatomiyanın hesabına hal-hazırda Avropada təbabət qədim təbabətə nisbətən çox dəyişilib, inkişaf etmişdir. Müəyyən edilmişdir ki, daxili xəstəliklər, əsasən, sinirlərin hər hansı bir səbəbdən zədələnməsi nəticəsində baş verir. Bundan sonra tibb elmi sürətlə inkişaf etməyə başlamışdır.
M. F. Axundov tarixi hadisələri, insanların həyat və məişətini şərh edərkən ilk növbədə insanların sağlamlığına mənfi təsir göstərən adət-ənənələrə, mənəvi dəyərlərə qarşı çıxış etmişdir.
İnsanların mənəviyyatının, əxlaqının ən yaxşı cəhətlərinin püxtələşməsində ləyaqətli davamçı olan, çətin yollarda möhkəm, iri addımlarla irəliləyən Həsən bəy Zərdabi olmuşdur.
İlk azərbaycanlı təbiətşünas alim-Darvinist, Rusiyada ilk dəfə kənd təsərrüfatına həsr olunmuş "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Zərdabi Azərbaycan dilində "Gigiyena" kitabını yazmışdı. Müəllif dünyasını dəyişəndən sonra tələbələrin topladığı vəsait hesabına bu kitab işıq üzü gördü. Kitabın Azərbaycanda elmi-gigiyenik nəzərlərin yayılmasında böyük rolu olmuşdur. Həsən bəy Zərdabi həkimlərə şəxsi gigiyenalarına və xəstələrinin gigiyenasına, onların məişətinə diqqət yetirməyi məsləhət görürdü. O, həkimə yanımcıl, daxilən, qəlbən təmiz, ləyaqətli insan olmağı tövsiyə edirdi.
Həsən bəy Zərdabi öz qəzetində yazırdı: "Əkinçi" elə həkimdir ki, o, acı dərmanları - məsləhətləri ilə bizim geri qalmağımızı, avamlığımızı qara buludlar kimi başımızın üstündən qovmaq istəyir. O bizi yeni biliklər qazanmaq üçün ruhlandırır, təbliğat apanr. O bizi əsrlik-qəflət yuxusundan ayıltmaq, müalicə etmək istəyir. O, gələcək nəsli bizim ictimaiyyətimizin orqanizmində olan xəstəlikdən xilas etmək istəyir.
Həsən bəy Zərdabi qəzet səhifələrindən "bilicilər", "təbiblər" mollalarla amansız mübarizə aparır, onları "ev arası sağaldan- lar", "əldəqayırma sağaldıcılar" adlandırırdı.
Həsən bəy Zərdabi şəhərin abadlaşdırılmasını, şəhərə içməli su çəkilməsini, kanalizasiya tikilməsini istəməyən, məbləğ ayırmayan "şəhər sahibkarları" ilə mübarizədə çox fəal və qəti mövqe tutmuşdu. "Kaspi" qəzetinin 1 mart 1900-cü ildə "Fəhlə uşaqları üçün məktəb" adlı dərc etdiyi məqaləsində o, şəhərlərdə sənayenin inkişafını və fəhlələrin vəziyyətini təsvir və şərh edərək yazırdı ki, son 30 ildə şəhərlərimizin əhalisinin iki dəfə artmasına baxmayaraq, şəhərlərimiz antigigiyenik vəziyyətinə görə insanlar üçün qəbir kimidir.
Dövlət məmurlarının narazılıqlarına, hədə-qorxularına baxmayaraq, Bakı şəhər dumasının nümayəndəsi kimi şəhərdə sanitar vəziyyətin yaxşılaşdırılması, Bakı su kəmərinin çəkilməsi, insan orqanizminin qayğısına qalan normal səhiyyə idarələrinin təşkil etdirilməsi haqqında çox acı, kəskin, ürəkyandırıcı çıxışlar edirdi.
Zaqafqaziyada administrativ idarənin yaranması ilə əlaqədar olaraq, şəhər xəstəxanaları və ambulatoriyalar fəaliyyət göstərməyə başladılar. İlk dəfə Azərbaycana rus həkimləri gəldilər. Onlar tibbi-sanitar xidmətlərin təşkil edilməsində, proqressiv fikirlərin həyata keçirilməsində çox mühüm işlər gördülər.
Şəhər, kənd xəstəxanasında və sanitar müəssisələrində çalışan proqressiv əhvali-ruhiyyəli bir sıra həkimlər (Ş.N.Bernşteyn, M.V.Vasilevski, Y.A.Gindes, V.N.Bequn, N.B.Rozanov, S.İ.Slovivski, I.A.Şərifov və s.) tibbi yardımın ağır vəziyyətini, zəhmətkeş əhalinin əzab-əziyyətini görərək, qorxmadan mövcud tibbi xidmətin dəyişdirilməsi, yaxşılaşdırılması, səhiyyə idarələrinin sayının çoxaldılması və s. haqqında çıxışlar edirdilər. Onlar feldşerizmin geniş yayılmasının əleyhinə çıxaraq, pulsuz stasionar tibbi yardımın təşkil olunması tələbini irəli sürürdülər.
O dövrün mütəfəkkir həkimləri xalqın sağlamlığı keşiyində durmağa, onlara daha yaxın olmağa can atırdılar. Düzdür, bunun üçün onların imkanları o qədər də geniş deyildi, lakin onların ilk cəhdləri belə idi. Bunu yerli hökumət vasitəsilə də həyata keçirmək olardı, çünki onların strukturunda əsasən kənd əhalisinə həkim sanitar işi, ilk tibbi yardım göstərmək üçün məşğul olan təşkilat var idi.
Yerli təbabət "Quberniya və qəza yerli idarələri haqqında polojeniya"nın verilməsi ilə meydana çıxdı. Bütün kapitalist ölkələrindən fərqli olaraq Rusiya öz yerli idarələri vasitəsilə əhalinin sağlamlığı məsələsinə bir qədər diqqət yetirirdi.
Məşhur rus cərrahı N.İ.Piroqov yerli təbabətin çərçivə məhdudluğunu başa düşərək yenə də həkimlərin müəyyən dərəcədə əhalinin sanitar mədəniyyətinin qaldırılmasında müəyyən rol oynadığını görürdü.
Düzdür, yerli rəhbərlik dövlətli sinfin mənafeyini qoruyurdu, lakin eyni zamanda müəyyən dərəcədə, həkimlər də daxil olmaqla, ziyalıların ictimai fəaliyyətə cəlb olunmasına, xalqa xidmət etməsinə imkan yaradırdı.

(Ardı var) 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video