12 Dekabr 2025 18:41
320
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  


Dekabrın 12-də, anım günündə Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi rəhbər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqilliyə qovuşmasında böyük pay sahibi olub. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil və suveren Azərbaycanın dinamik inkişafı, beynəlxalq miqyasda sarsılmaz mövqeyi və böyük nüfuzu dahi rəhbərin arzularının çiçək açması, həyata keçməsidir.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabının təqdimatı olub. Kitabda dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu, dövlətçilik fəlsəfəsi və Azərbaycan tarixində həlledici rolu sistemli şəkildə təhlil edilib. Ümummilli Liderin rəhbərliyinin müxtəlif mərhələləri əhatə olunmaqla onun müasir dövlətçilik quruculuğuna verdiyi töhfələr, ədliyyə siyasəti və məhkəmə sistemi sahəsində həyata keçirdiyi islahatlar kitabda hərtərəfli şəkildə öz əksini tapıb.

Həmçinin Prezident İlham Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda əldə etdiyi uğurlar, Azərbaycanın dünyada tanınması sahəsində gördüyü işlər analitik baxımdan təqdim edilir. Kitabda Ulu Öndərin zəngin irsinin öyrənilməsi, qiymətləndirilməsi və gələcək nəsillər üçün əhəmiyyəti haqqında elmi əsaslandırılmış nəticələr aparıcı yer tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!