12 Dekabr 2025 18:53
390
İQTİSADİYYAT
A- A+
Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Konqresin Nümayəndələr Palatası və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji üzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud və Nümayəndələr Palatasının Enerji, Su Təsisatları və Əlaqəli Qurumlar üzrə Alt Komitəsinin respublikaçı üzvü Dan Nyuhauz ilə görüşlərdə Azərbaycan ilə ABŞ arasında mövcud uğurlu enerji əməkdaşlığının yeni mərhələdə inkişaf perspektivləri müzakirə edilib.

Enerji tərəfdaşlığının töhfələri olan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrin regional enerji təchizatına davam edən töhfələri nəzərdən keçirilib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Trans-Adriatik Boru Kəmərinin reallaşmasındakı həlledici rolu qeyd edilib. Hazırda ABŞ Prezidentinin regionda sülhün bərpasına yönəlmiş siyasəti fonunda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun, həmçinin Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair Anlaşma Memorandumunun enerji tərəfdaşlığımız üçün yeni imkanlar açdığı vurğulanıb. Strateji tərəfdaşlıq əlaqələrində regional enerji bağlantılarının mühüm komponentlərdən olduğu, bu xüsusda, Azərbaycanla, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi axınlarını təmin edəcək layihələrin əhəmiyyəti nəzərdən keçirilib. ABŞ Administrasiyası ilə yeni reallıqlar və imkanlar müstəvisində enerji sahəsində dialoq və əməkdaşlığı gücləndirməyin vacibliyi qeyd olunub.

Enerji əlaqələrinin genişləndirilməsi ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və Palatanın üzvü olan aparıcı enerji şirkətləri ilə keçirilən görüşdə də müzakirə olunub. Bildirilib ki, Prezident İlham Əliyevin vizyonu Azərbaycanın beynəlxalq enerji bazarındakı fəal rolunu yalnız karbohidrogenlərdə deyil, həm də elektrik, bərpa olunan enerji və hidrogen sahələrində qorumaq və gücləndirməkdən ibarətdir. ABŞ ilə dostluq və sıx əməkdaşlıq münasibətlərimiz bu istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Ticarət Palatası tərəfindən Azərbaycanın qlobal enerji gündəminə verdiyi töhfələri və yaşıl enerji sahəsindəki səyləri yüksək qiymətləndirilib, ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə edilib. Bu məqsədlə Palatanın nümayəndə heyətinin gələn ilin fevralında Azərbaycana səfər edəcəyi və enerji əməkdaşlığının əsas prioritet istiqamətlərdən biri olacağı diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq

13:09
24 Yanvar

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

12:01
24 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!

10:56
24 Yanvar

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!