01 Aprel 2026 18:20
184
SİYASƏT
A- A+
Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.

Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın "ONGC Videsh" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya sahibliyinin ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.

Görüş zamanı, həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abhay Kumar görüşə görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir  

19:38
01 Aprel

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda

19:27
01 Aprel

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət edəcək

19:23
01 Aprel

İqor Yuşkov: Rusiya-Azərbaycan qaz mübadiləsi ticarət üçün yeni imkanlar yaradır  

19:22
01 Aprel

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!