22 Avqust 2026 08:40
448
İQTİSADİYYAT
A- A+
Yeni əsasnamə kiçik və orta biznesə yeni imkanlar verəcək

Yeni əsasnamə kiçik və orta biznesə yeni imkanlar verəcək


Prezident  İlham Əliyev avqustun 20-də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin (KOBİA) Əsasnaməsinin təsdiq edilməsi barədə fərman imzalayıb. Bu sənədə əsasən, agentliyin fəaliyyət istiqamətləri genişlənəcək.

Əvvəla xatırladaq ki, bu agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin əsasnaməsində onun fəaliyyət istiqamətləri,vəzifələri, hüquqları və digər məsələlər öz əksini tapıb. Belə ki, agentliyin  fəaliyyət istiqamətlərinə müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə həyata keçirilməsini təmin etmək, dövlət dəstəyi tədbirlərinin və mexanizmlərinin həyata keçirilməsi ilə bağlı işlər görmək, sahibkarların, o cümlədən investorların və ixracatçıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə tədbirlər həyata keçirmək  daxildir. 

Qurum eləcə də "G2B" (dövlət-biznes) xidmətlərinin inkişaf etdirilməsində, keyfiyyətinin artırılmasında, habelə vahid "G2B" elektron reyestri əsasında göstərilməsinin və şəffaflığının təmin olunmasında iştirak etməli, respublikamızın xarici ölkələrdə ticarət nümayəndələrinin fəaliyyətini əlaqələndirməli, müvafiq sahədə beynəlxalq və regional iqtisadi əməkdaşlığın inkişafına dəstək göstərməlidir və s.

Agentliyin vəzifələrinə gəldikdə isə, onlardan bir neçəsini qeyd edək: müvafiq sahəni tənzimləyən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək, müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının, dövlət dəstəyi tədbirlərinin və mexanizmlərinin hazırlanmasında iştirak etmək və normativ hüquqi aktlarla müəyyən edildiyi halda həyata keçirilməsini təmin etmək; müvafiq sahədə rəqəmsallaşmanın təşviqində, rəqəmsal reyestrlərin formalaşdırılmasında və rəqəmsal təhlil sistemlərinin yaradılmasında iştirak etmək və s.

Qurumun üzərinə eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması, o cümlədən qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi məqsədilə təhlillər aparmaq və onların əsasında dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı təklifləri nazirliyə təqdim etmək, KOB subyektlərinin inkişaf mərhələləri (startap, erkən inkişaf, genişlənmə, ixrac və s.) üzrə təsnifləşdirilməsini həyata keçirmək və hər bir seqment üçün hədəfli dəstək proqramları formalaşdırmaq vəzifələri düşür.

 Sözügedən sənədə əsasən, KOBİA vahid səlahiyyətli qurum qismində xarici investorların yerli bazara daxil olması, uyğunlaşması və fəaliyyətinin genişləndirilməsi üzrə xidmətlər göstərəcək və müvafiq tədbirləri həyata keçirəcək. Potensial investorların müəyyənləşdirilməsi, investisiyaların, o cümlədən prioritet sektorlar və hədəf bazarlar üzrə investorların cəlb edilməsi istiqamətində tədbirlər görmək, investisiya təşəbbüslərinin, biznes layihələrinin və ixrac fəaliyyətinin həyata keçirilməsi vəziyyətini sistemli şəkildə təhlil etmək, onların reallaşdırılmasına mane olan amilləri müəyyən etmək və aradan qaldırılması ilə bağlı nazirliyə aidiyyəti üzrə təkliflər təqdim etmək vəzifəsini də bu qurum daşıyır.

Əsasnamədə  qurumun  hansı hüquqlara malik olduğu da göstərilib.

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədov sözügedən sənədi belə şərh edir: "Yeni Əsasnamənin başlıca mahiyyəti Azərbaycanda kiçik və orta biznesin inkişafı, qeyri-neft-qaz sektoruna investisiyaların cəlb edilməsi və ixracın təşviqi istiqamətlərinin vahid institusional idarəetmə çərçivəsində birləşdirilməsidir. Sənəd sahibkarlara göstərilən dövlət xidmətlərinin əlaqələndirilməsini, dövlət-biznes münasibətlərinin rəqəmsallaşdırılmasını və dəstək tədbirlərinin müəssisələrin inkişaf mərhələlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Burada əsas məqsəd yalnız yeni sahibkarlıq subyektlərinin yaradılması deyil, startapdan ilkin inkişafa, genişlənmədən ixraca qədər bütün mərhələlərdə biznesin davamlı böyüməsinə şərait yaratmaqdır. Agentliyin sahibkarların hüquqlarının müdafiəsi, maliyyə mənbələrinə çıxışın yaxşılaşdırılması, investisiya layihələrinin müşayiəti və biznesin inkişafına mane olan amillərin müəyyənləşdirilməsi üzrə səlahiyyətləri bu siyasətin daha çevik və nəticəyönümlü həyata keçirilməsinə imkan verər".

Alimin fikrincə, əsasnamənin gözlənilən mühüm töhfəsi dövlət dəstəyinin ayrı-ayrı tədbirlər toplusundan vahid inkişaf sisteminə çevrilməsi ola bilər. Regional klasterlərin, "yaşıl KOB"ların, rəqəmsal və innovativ müəssisələrin dəstəklənməsi, yerli biznesin qlobal dəyər zəncirlərinə qoşulması və ixrac coğrafiyasının genişləndirilməsi qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsinə yeni imkanlar açır. Dəstək mexanizmlərinin sosial-iqtisadi təsirinin qiymətləndirilməsi ayrılan vəsaitlərin nəticəsini yaradılan əlavə dəyər, daimi iş yerləri, məhsuldarlıq və ixrac artımı ilə ölçməyə şərait yaradar. Əsasnamənin səmərəli icrası mikro müəssisələrin kiçik, kiçik müəssisələrin isə orta biznes səviyyəsinə yüksəlməsini sürətləndirə, regionlarda yeni iqtisadi fəallıq mərkəzlərinin formalaşmasına və sahibkarlığın milli iqtisadiyyatdakı real çəkisinin artmasına mühüm töhfə verə bilər.

Qeyd edək ki, sənəd 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

21:44
22 Avqust

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

20:41
22 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

20:32
22 Avqust

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

19:49
22 Avqust

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

17:37
22 Avqust

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

16:27
22 Avqust

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

15:49
22 Avqust

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

15:29
22 Avqust

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

14:51
22 Avqust

Azərbaycan neftinin qiyməti 97 dollar olub

13:42
22 Avqust

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

13:20
22 Avqust

Sabaha olan hava proqnozu açıqlanıb

12:57
22 Avqust

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

12:49
22 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:43
22 Avqust

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb  

11:19
22 Avqust

Xəzər dənizində zəlzələ baş verib

11:18
22 Avqust

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək  

11:16
22 Avqust

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

11:09
22 Avqust

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb  

10:58
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib  

10:29
22 Avqust

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

10:23
22 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!