22 Sentyabr 2026 16:16
223
İQTİSADİYYAT
A- A+
Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

Son  vaxtlar ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək daha bir neçə dövlət proqramı qəbul olunub. Qəbul edilmiş proqramlar arasında  üç əsas istiqamətə həsr olunanları xüsusi önəm daşıyır. Bunlar kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair dövlət proqramlarıdır. 

Sentyabrın 22-də isə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Bu, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahədir və bununla bağlı dövlət proqramının hazırlanması üçün Prezident İlham Əliyev hələ aprel ayında müvafiq sərəncam imzalamışdır. Sözügedən müşavirədə də dövlətimizin başçısı bu sahənin  ölkə iqtisadiyyatı üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu, maliyyətutumlu sahə olsa da, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradacaq. 

Bütövlükdə təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını daha da gücləndirəcək.

Yeni proqram həmçinin regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Necə ki, indiyədək qəbul edilmiş proqramlarda bölgələrin inkişafı xüsusi yer tutub. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bu gün ölkədə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Hətta müəyyən həcmdə elektrik enerjisi ixrac edilir.

Digər infrastruktur layihələri də uğurla həyata keçirilib və bu proses davamlıdır. Xəstəxanalar və məktəblər tikilib, avtomobil və dəmir yolları çəkilib, hava limanları inşa edilib. Qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri də şərtləndirir.

“Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək. Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi,” –deyə Prezident İlham Əliyev sözügedən müşavirədə bunları bir daha xatırladıb.

İşğal dövründə təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız da talan edilirdi. Ona görə də indi bu sərvət öz geoloji kəşfiyyat dövrünü gözləyir. İlk  növbədə gündəmdəki işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə  start verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdəki çıxışında bildirmişdir ki, proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır: “Proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir. Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlərdir. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Biz əsas istiqamətlərdir dedikdə, bu gün sübut edilmiş, istismarda olan yataqlara əsaslanırıq. Eyni zamanda, həm ilkin geoloji tədqiqatlar, həm bu gün əlimizdə olan məlumatlar və gələcək işlər bu siyahının genişlənəcəyinə bizdə əminlik hissi yaradır”.

Proqramın icrasında dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq. Ümumiyyyətlə, proqramın əsas hədəfləri kifayət qədər böyükdür: 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə həmin nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur.

Müşaviədə o fikir də səsləndirilmişdir ki, Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var. Bunun bir yolu mövcud emal proseslərini təkmilləşdirmək və daha yüksək emal səviyyəli məhsullar istehsal etməkdir. Digər istiqamət isə yeni kəşfiyyat işlərinin aparılmasıdır. Odur ki, yeni ehtiyatlar müəyyənləşdirilməlidir. İqtisadi cəhətdən səmərəli olan yataqlar mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edilməlidir.

Müşavirədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov 2015-ci ildə dövlət başçısının sərəncamı ilə yaradılan bu qurumla Azərbaycanın dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinin əsası qoyulduğunu xatırlatdı. Ötən illərdə görülən işlər barədə məlumat verdi. Cari ildə isə “AzerGold” Qafqazın ən böyük qızıl yataqlarından biri olan “Söyüdlü” yatağında – “Zod” yatağında fəaliyyətə başlayıb.

Beləliklə, Davos Ümumdünya İqtisadi Forumunda dağ-mədən sənayesinin xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından iqtisadiyyatımızın əsas prioritet sahələrindən biri kimi qeyd edilməsi sektorun inkişafı üçün yeni imkanlar yaradır. 2027-ci ildən icrasına başlanması nəzərdə tutulan dövlət proqramı isə dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin əsas yol xəritəsi olacaq.


Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astara Terminalında yük daşımaları sürətləndi

17:31
22 Sentyabr

Bardonun xatirələri milyonluq hekayəyə çevrildi

17:13
22 Sentyabr

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub  

17:12
22 Sentyabr

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

15:07
22 Sentyabr

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb  

15:00
22 Sentyabr

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

14:47
22 Sentyabr

 “Kontakt Home” və “Tam Store”la bağlı protokol tərtib edilib

14:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!