22 Sentyabr 2026 16:40
185
İDMAN
A- A+
MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  


Milli Olimpiya Komitəsində (MOK) Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüş keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və ikitərəfli tərəfdaşlıq imkanlarının müzakirəsi olub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, iki ölkənin Olimpiya komitələri arasında tarixi və möhkəm dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Sizinlə görüşməkdən böyük mənunluq duyuruq. Yunanıstan Olimpiya Komitəsi ilə hər zaman çox sıx əməkdaşlıq əlaqələrimiz olub. Biz dəfələrlə Yunanıstanda səfərdə olmuş, burada keçirilən Olimpiya Oyunlarında iştirak etmişik. Bu gün də münasibətlərimiz yüksək səviyyədə davam edir. Avropa Olimpiya Hərəkatına məhz Yunanıstanın nümayəndəsi, bizim yaxın dostumuz Spiros Kapralos rəhbərlik edir. O, dəfələrlə Azərbaycanda səfərdə olub və biz onunla çox görüşmüşük”.

Daha sonra çıxış edən səfir Olimpiya Hərəkatının vətəni olan Yunanıstanın Azərbaycanla idman sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Maria Papakonstantinou qeyd edib ki, Yunanıstan Olimpiya Oyunlarının vətənidir və bu oyunlara bir neçə dəfə ev sahibliyi etmək şansına sahib olub: “Afina Olimpiada Oyunlarında Azərbaycan idmançısının qızıl medal qazanması bizim üçün unudulmaz tarixi anlardan biridir. Olimpiya çempionu Fərid Mansurovla görüşmək bizim üçün xüsusilə xoş olardı. Biz həm də Bakıya gələn bəzi komandalarımızın xahişlərini sizə çatdırmaq, idmançılarımız və komitələrimiz arasında bu cür əməkdaşlığı və birgə fəaliyyəti necə asanlaşdıra biləcəyimizi də müzakirə etmək üçün fikirlərimizi bildirmək istərdik. Bizim Bakıda Milli Güləş Komitəsinin nümayəndələrini səfirlikdə qəbul etmək imkanımız oldu. Onlar bildirdilər ki, buradakı müasir idman infrastrukturu və yaradılan yüksək şəraiti nəzərə alaraq, bizim idmançılarımızın da Bakıda təlim-məşq toplanışları keçməsini təşkil etmək faydalı olardı. Biz azərbaycanlı idmançıların Yunanıstanda, yunanıstanlı idmançıların isə Bakıda təlim-məşq toplanışları keçməsi üçün analoji şərait yaratmağa və təcrübə mübadiləsini genişləndirməyə hazırıq. Düşünürəm ki, əməkdaşlığa başlamaq üçün ortaq bir nöqtə tapmaq hər iki tərəf üçün çox faydalı olar”.

MOK-un baş katibi Azər Əliyev Azərbaycan və Yunanıstan arasında idman sahəsində tərəfdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi perspektivlərinə dair öz fikirlərini bildirib.

O, federasiyalar arasında birbaşa əlaqələrin qurulmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıb: “Biz federasiyalarla sıx əlaqələrin qurulmasına dəstək ola və onları bu barədə məlumatlandıra bilərik. Çünki bu təklif bizim üçün də böyük maraq kəsb edir. Məlum olduğu kimi, Azərbaycan güləş, cüdo və taekvondo kimi təmas və döyüş idman növlərində zəngin ənənələrə və güclü idmançılara sahibdir. Yunanıstan isə öz növbəsində, yüngül atletika, su idman növləri və su polosu üzrə yüksək nəticələri ilə seçilir. Düşünürəm ki, bu fərqli üstünlüklər qarşılıqlı əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır. Bu təşəbbüs bizi çox maraqlandırır və prosesin asanlaşdırılması üçün MOK olaraq üzərimizə düşən bütün dəstəyi göstərməyə hazırıq. Məlumat üçün deyim ki, 2004-cü ildə Yunanıstan prezidenti bu binanı ziyarət edib və hətta həyətdə bir ağac da əkib. Bu da Yunanıstanın bir dövlət olaraq Olimpiya Hərəkatına nə qədər böyük dəyər verdiyini və ölkəmizin Milli Olimpiya Komitəsinə olan diqqətini aydın göstərir”.

Azər Əliyev çıxışında iki ölkə arasındakı ikitərəfli əlaqələrin dinamik inkişafına da toxunaraq Yunanıstanın hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb. O, xüsusilə diplomatik müstəvidə göstərilən dəstəyi yüksək qiymətləndirib: “Yunanıstan hər zaman bizə böyük dəstək olur. Şengen vizasının əldə olunması idmançılarımız və nümayəndə heyətlərimiz üçün həmişə həssas məsələlərdən biridir. Bu baxımdan Yunanıstanın ölkəmizdəki səfirliyi bizə hər zaman ən çox köməklik və yaxından dəstək göstərən diplomatik nümayəndəliklərdən biridir”.

Görüşün sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə səfir Maria Papakonstantinouya xatirə hədiyyəsi təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astara Terminalında yük daşımaları sürətləndi

17:31
22 Sentyabr

Bardonun xatirələri milyonluq hekayəyə çevrildi

17:13
22 Sentyabr

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub  

17:12
22 Sentyabr

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

15:07
22 Sentyabr

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb  

15:00
22 Sentyabr

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

14:47
22 Sentyabr

 “Kontakt Home” və “Tam Store”la bağlı protokol tərtib edilib

14:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!