23 Oktyabr 2026 15:37
221
CƏMİYYƏT
A- A+
YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  


Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) institut üzrə ərazi partiya təşkilatının iclası keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayının ölkənin ictimai-siyasi həyatında və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. Alim qurultayda Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətinin prioritetləri və milli təhlükəsizlik məsələləri ilə bağlı səsləndirdiyi fikirlərin dövlətçilik ənənələrinin qorunması və milli maraqların təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İnstitutun baş direktoru Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn vəzifələrin elmi müəssisələr qarşısında da mühüm prioritetlər müəyyənləşdirdiyini qeyd edib. Bildirib ki, institutun Elmi Şurasının iclasında elmi müəssisəsinin fəaliyyət istiqamətləri yenidən nəzərdən keçirilib, süni intellekt, kibertəhlükəsizlik sahələrində elmi kadrların hazırlanması istiqamətlərində qarşıda duran vəzifələr müzakirə olunub. Alim regionda və dünyada baş verən proseslər fonunda ölkəmizin təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətində mühüm yer tutduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkib. AMEA-nın vitse-prezidenti xüsusilə ziyalıların, o cümlədən YAP üzvü olan alim və mütəxəssislərin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib, dövlət siyasətinin təbliğində, cəmiyyətin maarifləndirilməsində fəal iştirakın vacibliyini qeyd edib.

Sonra YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev çıxış edərək bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davamı olduğunu vurğulayıb. O, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı zamanı diqqətə çatdırdığı əsas məqamlara toxunaraq, dövlət başçısının ölkənin gələcək inkişafı, ideoloji təhlükəsizliyin təmin olunması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı fikirlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İnformasiya texnologiyalarının və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə ideoloji təhlükəsizlik məsələsinə də diqqət çəkən dosent Bəxtiyar Nəbiyev bu sahədə elm və təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib.

YAP Yasamal rayon təşkilatının sədri, həmçinin milli maraqların və dövlətçilik prinsiplərinin qorunmasında ictimai fəallığın əhəmiyyətini vurğulayıb. O, ziyalıların cəmiyyətdə maarifləndirmə işinin gücləndirilməsində, gənclərin düzgün istiqamətləndirilməsində və milli dəyərlərin təbliğində fəal iştirakının vacibliyini qeyd edib.

Dosent Bəxtiyar Nəbiyev çıxışının sonunda Azərbaycanın qazandığı uğurların davamlılığının təmin olunması üçün ölkədə həyata keçirilən siyasi kursun dəstəklənməsinin və cəmiyyətdə həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb. O, ölkənin gələcək inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin yaşadılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini vurğulayıb.

İclasda, həmçinin YAP Yasamal rayon təşkilatının institut üzrə ərazi partiya təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, institutun Qadınlar Şurasının sədri, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, Həmkarlar Komitəsinin sədri Anar Səmidov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Quliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyev və dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!