23 Oktyabr 2026 16:52
197
SİYASƏT
A- A+
İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi


Paşinyanın ziddiyyətli bəyanatları Ermənistanın ciddi strategiyasının olmadığını göstərir


Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar hər kəsin diqqət mərkəzində olduğu bir vaxtda, Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-müəyyən mövqe ciddi suallar doğurur. Beynəlxalq platformalarda özünü “sülhpərvər” kimi qələmə verməyə çalışan Ermənistanın Baş naziri Nikol Paşinyanın ziddiyyətli bəyanatları, bir gün dediyini ertəsi gün danması və ya əvvəlki açıqlamalarına “düzəlişlər” etməsi İrəvanın sülh prosesinə baxışını nümayiş etdirir. Mənzərə tam aydındır. Azərbaycan regionda dayanıqlı və ədalətli sülh gündəliyinə sadiq olduğunu real addımlarla sübut etdiyi halda, Ermənistan hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hər vəchlə boyun qaçırır və prosesi sadəcə olaraq imitasiya edir. 

Bu yanaşmanın bariz nümunəsini sülh sazişinin imzalanma müddəti ilə bağlı Ermənistan tərəfindən verilən son açıqlamalarda aydın şəkildə görmək mümkündür. Nəzərə alınmalıdır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin növbəti mərhələsində əsas diqqət yekun müqavilənin imzalanma vaxtına yönəlib. Belə həssas məqamda Nikol Paşinyan növbəti dəfə açıqlama verərək Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini, sənədin bu il imzalanmasına isə vaxtın çatmadığını bildirib. Halbuki, Paşinyan bir neçə gün əvvəl müqavilənin imzalanmasının 2031-ci ilə qədər uzana biləcəyini vurğulamışdı. Ancaq bir neçə gün sonra hər hansı ləngimənin hökumətin planlarında olmadığını iddia edib.

Görünür, rəsmi İrəvanın yekun sülhün imzalanma vaxtına dair bəyanatına Azərbaycan tərəfindən kəskin reaksiyalar və məsələyə prinsipial yanaşma Ermənistan rəhbərliyinin ritorikasında adəti üzrə növbəti dəyişikliyə səbəb olub. Erməni xislətinə uyğun olaraq verilən əvvəlki bəyanatın mahiyyətini dəyişməyə çalışan Paşinyan özünə bəraət qazandırmağa cəhd edib: “Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onun 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salınması planlarımızda yoxdur”. Lakin baş nazir onu əlavə edib ki, Azərbaycanla sülh sazişinin imzalanması üçün prosesin başa çatdırılması müəyyən vaxt tələb edir. Bu cür manevrlər və əvvəl dediyini sonra danmaq vərdişi rəsmi İrəvanın sülh istiqamətində ciddi strategiyasının olmadığını, vəziyyətə uyğun olaraq diplomatik yayınma taktikasından istifadə etdiyini göstərir. 

Ermənistan rəhbərliyinin qeyri-ciddi və ziddiyyətli yanaşması təkcə sazişin vaxtının müəyyən edilməsi ilə bitmir. Eyni zamanda, siyasi məsuliyyətsizlik konstitusiya dəyişikliyi məsələsində də özünü büruzə verir. Azərbaycanın əsas tələblərindən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarının aradan qaldırılmasıdır. Lakin Paşinyan bu istiqamətdə də konkret addımlar atmaq yerinə prosesi daxili siyasi intriqaların predmetinə çevirir. Baş nazir bu məsələ ilə bağlı çıxışında deyib: “Yaxın vaxtlarda yeni konstitusiyanın mətnini dərc edəcəyik və ictimai müzakirələrə başlayacağıq. Müxalifətdəki həmkarlarımızı bunun çox vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq”. 

Paşinyanın açıqlaması bir daha göstərir ki, İrəvan hələ də daxili siyasi böhranını bəhanə edərək sülhün qarşısında suni maneələr yaradır. Üstəlik, müxalifətin müqavimətini bəhanə gətirən Paşinyan prosesin uzanacağı təqdirdə müxtəlif siyasi manevrlərə əl atacağını da gizlətmir. Baş nazirin sözlərinə görə, onları inandırmağa çalışacaqlar və bu mümkün olmasa, başqa ssenarilərə əl atacaqlar: “Bu ssenarilərə növbədənkənar seçkilərin keçirilməsi də daxildir”. 

Əslində bu kimi bəyanatlar Paşinyanın sülh prosesini özünün siyasi hakimiyyətini qoruyub saxlamaq alətinə çevirdiyini nümayiş etdirir. Baş nazir “Azərbaycanla sülh sazişinin imzalanmasının üzərində öhdəlik” olduğunu etiraf etsə də, xalqın və ya müxalifətin arxasında gizlənərək vaxtı uzatmaq, praktiki addımlardan yayınmaq siyasətini yürüdür. Bu, İrəvanın sülhə deyil, qeyri-müəyyənliyə xidmət etdiyinin təkzibedilməz sübutudur. 

Təkcə regional müstəvidə deyil, beynəlxalq platformalarda da fərqli layihələrlə diqqəti əsas məsələdən yayındırmağa çalışan Ermənistan rəhbərliyi hələ də kənar güclərin dəstəyini qazanmağa ümid edir. İrəvan TRIPP layihəsi ətrafında müxtəlif geosiyasi oyunlara qoşulmaqla sülh sazişini ikinci plana keçirmək niyyətindədir.

Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi mövqesizlik və imitasiya taktiki baxımdan onlara müvəqqəti vaxt qazandırsa da, strateji cəhətdən Ermənistanın özünü dərin təcrid vəziyyətində saxlamağa xidmət edir. Azərbaycan ərazi bütövlüyünü və suverenlini təmin edərək regionda yeni reallıqlar yaradıb, iqtisadi və hərbi qüdrətini artırıb və sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir. Bu səbəbdən, sülhü yubatmaq, kommunikasiyaların açılmasından boyun qaçırmaq və qeyri-müəyyənliyi davam etdirmək ilk növbədə iqtisadi bataqlıqda boğulan Ermənistanın özünə vurulan ən böyük zərbədir. Paşinyan hökuməti birmənalı anlamalıdır ki, siyasi manipulyasiyalarla nəyəsə nail olmaq mümkün deyil və real sülh üçün konkret, əməli addımlar tələb olunur. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Parlament aqrar sahə ilə bağlı bir sıra qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqləyib  

14:37
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!