17 İyun 2026 15:27
152
SİYASƏT
A- A+
XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub


İyunun 17-də Xarici İşlər Nazirliyi tərəfindən dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidmətlərinin göstərilməsi vasitəsi ilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” mövzusunda seminar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, seminar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş 18 İyun - İnsan Hüquqları Gününə həsr olunmuş və İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) təşəbbüsü ilə ölkəmizdə elan edilmiş 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilib.

Seminar zamanı dövlət xidmətlərinin əlçatanlığının insan hüquqlarının müdafiəsinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına müsbət təsiri, “ASAN xidmət” modelinin qlobal səviyyədə təşviqi və tətbiqi, 2026-cı il martın 30-da BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfə qəbul edilən və vətəndaş məmnunluğunu ön plana çıxaran “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” adlı qətnamənin əhəmiyyəti, dövlət xidmətlərində innovasiyaların və yeni texnologiyaların tətbiqi kimi mövzular ətrafında təqdimatlar edilib və müzakirə aparılıb.

Seminarda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, Milli Məclisin deputatı Kamal Cəfərov və Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Nurlan Həmidli Azərbaycanda dövlət xidmətlərinin səmərəli təşkili, o cümlədən “ASAN xidmət” modelinin milli və beynəlxalq səviyyədə tətbiqi, eləcə də rəqəmsal innovasiyaların və yeni texnologiyaların vətəndaşyönümlü xidmətlərə uğurlu inteqrasiyası, müvafiq qanunvericilik və məhkəmə təcrübəsi barədə danışıblar.

Pakistan, Türkiyə, Özbəkistan və Kolumbiyanın ölkəmizdəki səfirləri səmərəli dövlət xidmətlərinin təşkili üzrə milli təcrübələrini bölüşüb, “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlıq barədə məlumat veriblər. Tədbir çərçivəsində, həmçinin BMT-nin Azərbaycanda müvəqqəti rezident-əlaqələndiricisi Nasar Hayat şəffaf və səmərəli dövlət xidmətlərinin Dayanaqlı İnkişaf Məqsədlərinə verdiyi mühüm töhfələrdən bəhs edib.

“İnsan Hüquqları Aylığı”nın təşəbbüskarı olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının Aparat rəhbəri Aydın Səfixanlı seminarda yekun nitq ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

Qeyri-rezidentlər üçün yeni qayda: investisiya mənfəətinin repatriasiyası asanlaşdırılır

17:45
17 İyun

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

17:35
17 İyun

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

17:34
17 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

17:33
17 İyun

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir  

17:32
17 İyun

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

17:30
17 İyun

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

17:14
17 İyun

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq  

17:01
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar  

16:58
17 İyun

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

16:52
17 İyun

UNEC-də ingilis dili imtahanları ilk dəfə British Council tərəfindən APTIS formatında keçirilib: nəticələr açıqlanıb  

16:45
17 İyun

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

16:37
17 İyun

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

16:33
17 İyun

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

16:26
17 İyun

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

16:24
17 İyun

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

16:03
17 İyun

Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər

15:56
17 İyun

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub  

15:44
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar  

15:41
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!