17 İyun 2026 13:54
150
SİYASƏT
A- A+
Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır


Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra imzalanan Şuşa Bəyannaməsi yalnız iki dövlət arasındakı müttəfiqlik münasibətlərini institusionallaşdıran sənəd deyil, həm də Cənubi Qafqazda müharibədən sonrakı dövrdə formalaşan yeni geosiyasi nizamın əsas siyasi-hüquqi çərçivələrindən biri kimi qiymətləndirilir.

Sənəd təhlükəsizlik, müdafiə, nəqliyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlığı daha yüksək səviyyəyə qaldıraraq regional güc balansının yenidən formalaşmasına və yeni strateji reallığın möhkəmlənməsinə töhfə verib. Bu baxımdan, Şuşa Bəyannaməsi müharibədən sonrakı Cənubi Qafqazda yaranan yeni güc bölgüsünün siyasi və hüquqi ifadəsi hesab olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İzmir Dokuz Eylül Universitetinin Beynəlxalq ticarət və biznes kafedrasının professoru Ülviyyə Sanılı Aydın səsləndirib.

Professor bildirib ki, bəyannamənin məhz Şuşada imzalanması xüsusi tarixi, siyasi və simvolik məna daşıyır: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın ən mühüm tarixi mərkəzlərindən biri olmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasının ən güclü simvollarından birinə çevrilib. Bu səbəbdən, strateji müttəfiqlik sənədinin məhz burada imzalanması Azərbaycanın əldə etdiyi siyasi və hərbi nəticələrin beynəlxalq müstəvidə təsdiqi kimi dəyərləndirilə bilər.

Eyni zamanda, Türkiyə-Azərbaycan müttəfiqliyinin Şuşada rəsmiləşdirilməsi Vətən müharibəsindən sonra formalaşan yeni regional nizamın siyasi manifesti kimi də şərh olunur. Bu mənada Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın elan edildiyi rəmzi məkana çevrilib. Şəhərin seçilməsi tarixi yaddaş baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər münaqişə və işğal mövzularının mərkəzində olmuş bir məkanda imzalanan bəyannamə Türkiyə və Azərbaycanın ortaq tarix, mədəniyyət və təhlükəsizlik anlayışını əks etdirən güclü siyasi mesaj verib”, - deyə Ülviyyə Sanılı Aydın vurğulayıb.

Professor sonda qeyd edib ki, Şuşada imzalanan sənəd həm də Azərbaycanın yeni regional düzənin qurucu aktorlarından biri kimi mövqeyini təsdiqləyib. Bu baxımdan bəyannamə tez-tez müharibədən sonrakı Cənubi Qafqazın ən mühüm qurucu sənədlərindən biri kimi xarakterizə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

16:33
17 İyun

Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər

15:56
17 İyun

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub  

15:44
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar  

15:41
17 İyun

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

15:36
17 İyun

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:35
17 İyun

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub

15:27
17 İyun

Azərbaycanlı alim beynəlxalq elmi jurnalın redaksiya heyətinə seçilib  

15:24
17 İyun

Mikayıl Cabbarov: İİB ilə əməkdaşlıqda KOB-ların inkişafı əsas prioritetlərdəndir  

15:23
17 İyun

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

15:21
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

15:15
17 İyun

Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir  

15:08
17 İyun

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir  

15:07
17 İyun

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur  

15:05
17 İyun

VK: 1 vəkil xaric olunub, 1-nə xəbərdarlıq edilib, 5-i cərimələnib

15:05
17 İyun

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub  

15:02
17 İyun

Nazir: İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir  

14:57
17 İyun

Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib

14:53
17 İyun

Əmək Məcəlləsinə dəyişiklik edilir

14:41
17 İyun

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

14:28
17 İyun

"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir

14:21
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!