17 İyun 2026 17:33
2078
PARLAMENT
A- A+
“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub


İyunun 17-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəliyə “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib.

Qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, psixiatriya sahəsində tibb elminin inkişafı, yeni müalicə üsullarının tətbiqi və tibbi texnologiyaların imkanlarının genişlənməsi qanunvericilik bazasının da müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir. Əhliman Əmiraslanov qeyd edib ki, müzakirəyə təqdim olunan layihədə psixiatriya yardımının göstərilməsi prosedurlarının təkmilləşdirilməsi, psixi pozuntusu olan şəxslərin diaqnostikası və müalicəsi ilə bağlı məsələlərin, eləcə də bu sahədə mövcud münasibətlərin daha dəqiq tənzimlənməsi məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər mahiyyət etibarilə geniş xarakter daşıyır və qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişikliyi əhatə edir. Layihənin əsas məzmununu psixiatriya yardımının göstərilməsi qaydalarının təkmilləşdirilməsi təşkil edir.

Diqqətə çatdırılıb ki, layihədə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri, habelə müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr nəzərdə tutulur.

Adil Vəliyev qeyd edib ki, layihədə, həmçinin qeyri-könüllü psixiatriya yardımı və psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, səlahiyyətli orqanların qərarları əsasında təxirəsalınmaz hallarda müayinənin həyata keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər öz əksini tapıb.

Layihənin müzakirəsində komitə üzvləri Məlahət İbrahimqızı və Müşfiq Məmmədli çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər. Sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə edilib.

Daha sonra cari məsələlərin müzakirəsi keçirilib. Komitə sədri Əhliman Əmiraslanov, üzvləri Soltan Məmmədov və İlham Məmmədov çıxış ediblər, səhiyyə sahəsində mövcud olan bəzi aktual məsələlər barədə fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!