28 Noyabr 2026 08:45
247
Təhsil
A- A+
Xankəndidən elmə və təhsilə açılan qapı

Xankəndidən elmə və təhsilə açılan qapı


Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncamın imzalanmasından 3 il ötür


Bir zamanlar müharibənin ağrı-acısını yaşamış, taleyində ağır sınaqların izləri qalmış Xankəndidə bu gün tamam başqa bir həyat yaşanır. Yenidən qurularaq dirçələn şəhərin küçələrindən gənclərin gülüşü, auditoriyalardan bilik soraqlı səsi eşidilir. Qarabağ Universiteti Xankəndiyə, sadəcə, ali təhsil ocağı kimi deyil, gələcəyə inamın, intellektual dirçəlişin və sülhə əsaslanan yeni həyatın rəmzi kimi gəlib. 

2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" sərəncamı ilə əsası qoyulan bu təhsil müəssisəsi Qarabağın inkişaf tarixində yeni səhifə açdı. Sərəncamın mahiyyəti ali təhsil müəssisəsinin yaradılması ilə məhdudlaşmırdı. Əsas məqsəd azad edilmiş torpaqlarda elmin və təhsilin inkişafına təkan vermək, regionun gələcək ehtiyaclarını qarşılamaq, tarixən mövcud olmuş təhsil ənənələrini yaşatmaq idi.

Böyük qayıdışın mahiyyəti də məhz bu əhatəli yanaşmada özünü göstərir. Doğma yurda qayıdış yalnız yaşayış evlərinin tikilməsi, yolların çəkilməsi, sosial infrastrukturun qurulması ilə müşayiət olunmur. Həm də bu torpaqlarda intellektual həyat qaynayır, yeni nəsil yetişir, elmi və mədəni mühit formalaşır. Axı şəhərləri yaşadan, düşünən, yaradan, gələcək quran insanlardır. Bu baxımdan, Qarabağ Universiteti Xankəndinin yeni inkişaf mərhələsinin simvoludur. Universitetin fəaliyyətə başlaması şəhərin sosial, iqtisadi və mədəni həyatına yeni dinamika gətirib. Tələbələrin, müəllimlərin və elm adamlarının burada bir araya gəlməsi Xankəndidə fərqli ictimai mühit formalaşdırıb. Auditoriyalarda aparılan mühazirələr, elmi müzakirələr, səslənən tələbə təşəbbüsləri şəhərin gündəlik həyatına yeni məzmun və ritm verib. Xankəndi quruculuq şəhəri olmaqla yanaşı, bilik və təhsil məkanına çevrilib.

Universitetin şəhərin iqtisadi həyatına təsiri də xüsusi əhəmiyyət daşıyır. Təhsil müəssisəsinin ətrafında formalaşan sosial xidmət sahələrinin inkişafı, məşğulluq imkanlarının genişlənməsi və sahibkarlıq fəaliyyətinin canlanması üçün zəmin yaradıb. Tələbələrin və müəllimlərin gündəlik ehtiyacları, mədəni tədbirlər, elmi görüşlər və müxtəlif ictimai təşəbbüslər şəhərin həyatına hərəkətlilik gətirib. Bu baxımdan, universitet Xankəndinin inkişafında təhsil funksiyası ilə deyil, həm də sosial-iqtisadi canlanmaya verdiyi töhfə ilə seçilir.

Qarabağ Universitetinin qarşısında duran əsas vəzifələrdən biri regionun gələcək inkişafı üçün yüksəkixtisaslı kadrlar yetişdirməkdir. Burada təhsil alan gənclər  gələcəkdə ilk növbədə Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatında,  səhiyyəsində, mədəniyyətində və idarəetmə sahəsində çalışacaqlar. Onların bilik və bacarıqları azad edilmiş ərazilərdə qurulan yeni həyata təkan verəcək. 

Müasir dünyada inkişafın əsas meyarlarından biri insan kapitalıdır. Təbii sərvətlər və iqtisadi imkanlar mühüm üstünlük təşkil etsə də, cəmiyyətin tərəqqisini təmin edən başlıca qüvvə bilikli, yaradıcı və yeniliklərə açıq insanlardır. Qarabağ Universiteti məhz belə bir potensialın formalaşmasına xidmət edir. Bu ali təhsil ocağı  elmə açılan böyük bir pəncərədir. Bu pəncərədən regiona müasir biliklər, innovasiyalar, yeni texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları daxil olur. Bu mənada universitetin missiyası təkcə diplomlu mütəxəssislər yetişdirmək deyil, həm də müstəqil düşünən, araşdıran, yenilik yaradan və bilikləri ilə cəmiyyətə fayda verən şəxsiyyətlər formalaşdırmaqdır.

Qarabağ Universitetinin əhəmiyyəti təhsil və iqtisadiyyatla da bitmir. Onun yaradılması Azərbaycan dövlətinin quruculuq iradəsinin, gələcəyə inamının və sülhə əsaslanan inkişaf siyasətinin mühüm ifadəsidir. Uzun illər separatizmin əsiri olmuş bir şəhərdə elmin və təhsilin inkişafına belə böyük önəm verilməsi yeni həyatın hansı dəyərlər üzərində qurulduğunu göstərir. Burada əsas olan keçmiş şeytan yuvalarının yerində yeni binalar ucaltmaqla bərabər, həm də gələcək nəsillər üçün tərəqqi və qarşılıqlı anlaşma mühiti yaratmaqdır. Başqa sözlə, Qarabağ Universiteti sülhə uzanan əldir. O sülh ki, yalnız siyasi sənədlərlə təsbit olunmur, onu yaşadan insanların birgə fəaliyyəti, inkişaf naminə əməkdaşlığı və gələcəyə ortaq baxışı ilə bərqərar edilir. Elm isə xalqları birləşdirən, sərhədləri aşan, qarşılıqlı anlaşmanı gücləndirən mühüm vasitələrdən biridir. Qarabağ Universitetinin formalaşdırdığı akademik mühit gələcəkdə beynəlxalq elmi əlaqələrin genişlənməsinə, regionun dünya təhsil məkanına inteqrasiyasına da xidmət edə bilən təhsil müəssisəsi olacağı şübhə doğurmur.

Bu gün Qarabağ Universitetinə baxarkən həm də Xankəndinin yenilənən həyatını, gənclərin ümidlərini və Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda qurduğu gələcəyin intellektual əsaslarını görürük. Universitetin auditoriyalarında təhsil alan hər bir gənc bu torpaqların sabahına bilik və zəhməti ilə töhfə verəcək. 2023-cü il noyabrın 28-də imzalanan tarixi sərəncamın əsl mahiyyəti də məhz bu böyük məqsədə xidmət edir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

TRIPP: Ermənistan üçün geriyə yol yoxdur

08:50
28 Noyabr

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!