28 Noyabr 2026 08:50
247
İQTİSADİYYAT
A- A+
TRIPP: Ermənistan üçün geriyə yol yoxdur

TRIPP: Ermənistan üçün geriyə yol yoxdur


Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra regionumuzda yeni bir reallıq yaranıb. Ağır məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaqla həmin sənədin 9-cu bəndində ərazisindən Naxçıvana gedən kommunikasiyaların açılması barədə öhdəlik götürüb.

Ermənistan təxminən 5 il ərzində üzərinə götürdüyü həmin öhdəlikdən müxtəlif bəhanələrlə yayınırdı. Səbəb  şimal və cənub qonşularımızın Ermənistana göstərdiyi təzyiq idi. Onlar mümkün qədər bu yolun açılmasına imkan verməmək, bu alınmasa, dəhlizə nəzarəti ələ keçirmək istəyirdilər. Bunu müşahidə edən ölkəmiz diplomatik fəallığını daha da artırdı. Həmin layihənin reallaşmasına zəmanət verə biləcək ölkə kimi Amerika Birləşmiş Ştatlarını cəlb etdi. ABŞ ən yüksək səviyyədə bu dəhlizin fəaliyyətə başlaması barədə zəmanət verdi. Dəhlizin adının TRIPP adlandırılması isə bu işin arxasında kimin durmasına işarə idi. 

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-nin zəmanəti ilə iki ölkə arasında imzalanan sənəd Zəngəzur dəhlizi (TRIPP) layihənin reallaşmasına şübhə yeri qoymadı. Buna baxmayaraq, Rusiya və İrandan dəhlizin açılması əleyhinə müxtəlif bəyanatlar səsləndirildi. Onlar bu işdə Ermənistanın zəif bənd olduğunu bildikləri üçün rəsmi İrəvana təzyiq göstərməkdə davam etdilər. 

Bu dəfə də Azərbaycanın diplomatik gedişləri məsələnin həllinə təkan verdi. ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Millinin noyabrın 22-də Bakıya səfəri dəhlizin açılması məsələsinə nöqtə qoydu. Amerikalı nazir Prezident İlham Əliyevlə görüşdən sonra Ermənistana səfər etdi. Noyabrın 23-də rəsmən Zəngəzur dəhlizinin (TRIPP) açılması bəyan edildi və işə başlanıldı.

Onu da vurğulayaq ki, Zəngəzur dəhlizində (TRIPP) tikinti işlərinə başlanmasında ABŞ ilə bağlanan "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatlar Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması önəmli rol oynadı. Bu sənədin imzalanması ölkəmizin dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlığının rəsmən təsdiq olunması idi.

Bəs, şimal və cənub qonşularımızın Zəngəzur dəhlizinə (TRIPP) bu qədər qısqanclıqla yanaşmasının səbəbi nədir? Şübhə yox ki, dəhlizin fəaliyyətə başlaması Azərbaycanın dünya logistikasındakı mövqeyini daha da möhkəmləndirəcək. Başqa sözlə, Azərbaycan dünya üçün xüsusi önəm daşıyan ölkə, beynəlxalq logistika məsələlərində söz sahibi olacaq. Yəni Zəngəzur dəhlizi (TRIPP) ölkəmiz üçün təkcə iqtisadi yox, həm də mühüm siyasi layihədir.

Prezident İlham Əliyev verdiyi bütün siyasi bəyanatlarda və müzakirə platformalarında Zəngəzur dəhlizinin (TRIPP) açılması zərurətini xüsusi olaraq vurğulayır. Dövlətimizin başçısı İğdır Universitetinin təşkilatçılığı ilə "İpək yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresi iştirakçılarına göndərdiyi təbrik məktubunda yazmışdır: "Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda Orta dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək yolunun dirçəldilməsinə xidmət edəcəkdir.

İnanıram ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir".

Zəngəzur dəhlizinin (TRIPP) açılması Orta dəhlizlə ildə əlavə 15 milyon ton yük daşınmasına imkan verəcək. Bu yol yüklərin həm Avropaya, həm də Yaxın Şərq ölkələrinə daha tez çatdırılmasını və yüklərin qovşaq ölkəsindən "tıxac" olmadan sürətlə daşınmasını təmin edəcək.

Azərbaycan region ölkələri arasında nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində ən çox iş görən ölkədir. Biz ərazilərimiz işğaldan azad edildikdən sonra Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə Ermənistanın qərarını gözləmədən Zəngilana kimi dəmir yolu xəttinin tikintisinə başladıq. Hazırda işlərin çox hissəsi başa çatıb, gələn ilin əvvəlində burada görülən işlərin tamamlanması gözlənilir.

Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Ordubad rayonunda yenidən qurulan dəmir yolu xətti üzərindən müxtəlif ölçülü suötürücü qurğuların tikintisi başa çatıb. Məlumatda həmçinin bildirilir ki, dəmir yolu xəttinin ox üzrə uzunluğu 194,2, yan yollarla birlikdə 264 kilometrdir. Layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 800-dən  artıq mühəndis qurğusunun, o cümlədən körpü, tunel, qalereya və yolötürücülərin, avtomobil, piyada və heyvan keçidlərinin inşası nəzərdə tutulur. Ordubad istiqamətindən ilk 7 kilometr hissədə köhnə dəmir yolu yatağı sökülüb, rels-şpal çərçivələri quraşdırılıb, müxtəlif ölçülü suötürücü qurğularının tikintisi başa çatıb. Digər sahələrdə köhnə yol yatağının söküntüsü və torpaq işləri də davam edir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

TRIPP: Ermənistan üçün geriyə yol yoxdur

08:50
28 Noyabr

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!