28 Noyabr 2026 08:25
297
İQTİSADİYYAT
A- A+
Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir


Dünyada metala və strateji minerallara tələbatın  sürətlə artdığı bir zamanda ölkəmizin dağ-mədən yataqlarının öyrənilməsi və işə salınması böyük önəm daşıyır. Bu sərvətin bir hissəsi də Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşir. 

Cari ilin sentyabr ayında Prezident  İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nda, eləcə də bu mövzu ilə bağlı keçirdiyi müşavirədə ölkəmizin, o cümlədən Naxçıvanın bu xəzinəsinin dərindən öyrənilməsi və istismara   verilməsi məsələləri  öz geniş əksini tapıb.

Əvvəla qeyd edək ki, Naxçıvan MR  10-dan çox əsas metal filiz yatağı ("Göydağ", "Parağaçay", "Gümüşlü", "Qapıcıq", "Piazbaşı", "Diaxçay", "Misdağ-Şəlalə", "Ağyurd" və s.) var. Bu yataqlarda, əsasən, mis, molibden, qızıl, sink və qurğuşun ehtiyatları cəmlənib. Məsələn, "Parağaçay" molibden-mis filizləri ilə seçilən iri yataqlardan biridir. "Göydağ" Culfa rayonunda yerləşən mis-porfir yatağıdır. Orada geofiziki araşdırmalar, buruq-qazma və mineral resursların qiymətləndirilməsi aparılıb. "Gümüşlü "polimetal filiz yatağıdır, qurğuşun, sink və digər metallarla zəngindir. "Qapıcıq" isə filiz yatağı kimi beynəlxalq və geoloji qiymətləndirmə işlərinə cəlb olunan əsas sahələrdəndir. "Piazbaşı" Ordubad ərazisində yerləşən qızıl və əlaqəli filiz mineralları (pirit, xalkopirit, molibden, mis) ilə tanınır. 

"Diaxçay" və "Misdağ-Şəlalə", "Ağyurd", "Nəsirvaz-Ağdərə", "Xalxal" kimi əhəmiyyətli yataq və sahələr də var.

Sözügedən müşavirədə Prezident İlham Əliyev dağ-mədən sənayesinin inkişafı baxımından Naxçıvan Muxtar Respublikasının da perspektivli bölgə olduğunu  vurğulayaraq deyib: "Orada da vaxtilə - sovet dövrünü nəzərdə tuturam - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq".

Naxçıvanın bu və digər yataqlarının sahə iqtisadiyyatının xammal bazasına sanballı töhfə verəcəyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramında da mineral xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər öz əksini tapıb. Bu istiqamətlərdən biri filiz və qeyri-filiz yataqlarının beynəlxalq qiymətləndiricilərin iştirakı ilə qiymətləndirilməsi və investisiya üçün açılmasıdır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmisinin bildirdiyinə görə, bu məqsədlə 2024-cü ildə  Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi ilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində "Parağaçay-molibden", "Qapıcıq-molibden" və "Gümüşlü" yataqlarında geoloji tədqiqat işlərinə başlanıb. Ümumilikdə layihə üzrə 3800 poqonometr həcmində buruq-qazma işləri aparılıb, 4 mindən çox sınaqlaşdırma həyata keçirilib, eləcə də digər kompleks geoloji tədqiqat işləri yerinə yetirilib. Aparılmış işlərin nəticələri əsasında yekun hesabatlar hazırlanıb. Qiymətləndirmənin nəticələrinə əsasən, hər üç yatağın perspektivli olduğu müəyyənləşdirilib. Növbəti mərhələdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması və yataqlardakı resursların tam və dəqiq hesablanması məqsədəuyğun hesab edilir.

Nəzərdə tutulan digər mühüm istiqamət isə qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi layihəsidir. Bununla bağlı 2023-2024-cü illərdə Ordubad rayonunun "Nəsirvaz-Ağdərə" sahəsində kompleks geoloji tədqiqat işləri aparılıb. Burada buruq quyuları, yerüstü dağ qazmaları və kompleks sınaqlaşdırma işləri həyata keçirilib, nəticədə ərazidə geoloji tədqiqatlar yekunlaşdırılıb. 2025-2026-cı illərdə isə həmin bəndin icrası ilə əlaqədar Babək rayonunun "Xalxal" sahəsində qara, əlvan və nəcib metallar üzrə geoloji qiymətləndirmə işlərinə başlanıb. Hazırda burada yerüstü dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir.

Muxtar respublikada son dövrlərdə kəşf olunmuş və ehtiyatları hesablanmış mənbələrdən biri də "Ortakənd" qızıl yatağıdır. "AzerGold" QSC tərəfindən yataqda kompleks geoloji-kəşfiyyat işləri aparılıb. Hesablanmış ehtiyatlar yatağın iqtisadi baxımdan səmərəli və əlverişli olduğunu göstərir. Belə ki, yataqda 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatının olduğu hesablanıb.

Deyilənlərə onu da əlavə edək ki, son 50 il ərzində muxtar respublikada zəngin ehtiyatlara malik filiz - mis, sink, əlvan və nəcib metal yataqları ilə yanaşı, 70 qeyri-filiz inşaat materialı və tikinti materialları kəşf edilib.

"Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"  çərçivəsində  görüləcək işlər çoxdur. Bunlar respublikamızda dağ-mədən yataqları yerləşən bütün rayonları əhatə edir. Əsas məqsəd təkcə daha çox xammal hasil etmək deyil, həm də bu xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.  Proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

TRIPP: Ermənistan üçün geriyə yol yoxdur

08:50
28 Noyabr

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!