28 Noyabr 2026 08:30
277
İQTİSADİYYAT
A- A+
Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri


Güclü özəl sektor və sağlam rəqabət


Danılmaz gerçəklikdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri azad sahibkarlığın inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və liberal bazar iqtisadiyyatı prinsiplərinin genişləndirilməsidir. Bu məqsədlə son illər biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə inzibati müdaxilələrin azaldılması, yoxlamaların məhdudlaşdırılması, lisenziya və icazə prosedurlarının sadələşdirilməsi istiqamətində islahatlar həyata keçirilib.

2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsi isə bazarda sağlam rəqabətin qorunması, inhisarçılığın qarşısının alınması və sahibkarlıq subyektləri üçün bərabər rəqabət imkanlarının yaradılması istiqamətində hüquqi addım olub. Sahibkarlığın maliyyə imkanlarının genişləndirilməsi üçün güzəştli kreditlər, dövlət zəmanətləri, investisiya təşviqi sənədləri və vergi-gömrük güzəştləri tətbiq olunması da məhz həmin islahatların nəticəsidir. Sənaye parklarının və məhəllələrinin, eləcə də aqroparkların və Ələt Azad İqtisadi Zonasının yaradılması, qeyri-neft ixracının təşviqi, KOBİA vasitəsilə kiçik və orta biznesə dəstəyin gücləndirilməsi də iqtisadiyyatın  şaxələndirilməsinə və özəl sektorun mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadiyyatın şaxələndirilməsi üçün yaradılan imkanları aydın göstərir. 

Bəs həyata keçirilən islahatlar iqtisadi göstəricilərdə öz əksini necə tapır? Özəl sektorun iqtisadiyyatda çəkisi hansı səviyyəyə çatıb və liberal bazar prinsiplərinin inkişafı baxımından qarşıda hansı vəzifələr dayanır? Bu suallara 2025-ci ilin yekunları və 2026-cı ilin ilk doqquz ayının statistik göstəriciləri əsasında nəzər salaq. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki illə müqayisədə real ifadədə 1,4 faiz artım deməkdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 2,7 faizlik artım qeydə alınıb. İlin yekununda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul 92,3 milyard manata çatıb.

Rəqəmlər iqtisadiyyatın neftrdənkənar istiqamətdə genişlənməsinin davam etdiyini göstərsə də, artım tempinin bir qədər də sürətləndirilməsinə ehtiyac olduğunu ortaya qoyur. Bu  o deməkdir ki, Azərbaycanın iqtisadi potensialından daha səmərəli istifadə etmək üçün yeni biznes təşəbbüslərinin dəstəklənməsi, innovativ müəssisələrin yaradılması və sahibkarlığın inkişafı vacibdir. 2025-ci ildə qeyri-neft-qaz sənayesində 5,5 faizlik artım qeydə alınması bu baxımdan müsbət göstəricidir. Bununla yanaşı, əsas kapitala qoyulan investisiyaların ümumi həcmi 21,2 milyard manat təşkil edib. 

2026-cı ilin ilk doqquz ayının nəticələri də iqtisadiyyatın ayrı-ayrı istiqamətlərində fərqli inkişaf dinamikasının olduğunu göstərir. Yenə də DSK-nın  açıqladığı məlumatlara görə, yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatda 1,5 faiz, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb. Həmin dövrdə qeyri-neft-qaz sənayesində istehsal 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətləri 10 faiz, informasiya və rabitə xidmətləri isə 11,1 faiz artımla diqqət çəkib.

Bununla belə, statistik göstəricilərə yalnız artım rəqəmləri prizmasından yanaşmaq doğru olmaz. Əsas məsələ həmin artımın hansı iqtisadi subyektlərin hesabına formalaşması, özəl sektorun bu prosesdə iştirak səviyyəsi və yaradılan əlavə dəyərin iqtisadiyyatın müxtəlif iştirakçıları arasında necə bölüşdürülməsidir. Çünki liberal iqtisadiyyatın mahiyyəti yalnız istehsal və xidmət həcminin yüksəlməsində deyil, iqtisadi imkanların genişlənməsində, sahibkarların sərbəst fəaliyyətində və bazarda bərabər rəqabət şəraitinin təmin olunmasındadır.

Bu mənada kiçik və orta sahibkarlığın inkişafı ayrıca diqqət tələb edir. Həmin biznes iqtisadiyyatın çevikliyini artıran, yeni iş yerləri yaradan, regionlarda iqtisadi fəallığı genişləndirən, bazara yeni məhsul və xidmətlər gətirən vacib qüvvədir. Azərbaycanda bu sahənin inkişafı üçün son illər müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilib. KOBİA-nın fəaliyyəti, KOB evlərinin yaradılması, güzəştli maliyyə dəstəyi, sahibkarların maarifləndirilməsi və biznes xidmətlərinin elektronlaşdırılması həmin tədbirlər sırasındadır. Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli  fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi-texniki tərəqqidə uğurların  istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. 

Əslində iqtisadiyyatın liberallaşdırılması dövlətin iqtisadi proseslərdə rolunun tamamilə aradan qaldırılması kimi başa düşülməməlidir. Dövlətin əsas vəzifəsi şəffaf və sabit hüquqi mühit yaratmaq, mülkiyyət hüquqlarını qorumaq, inhisarçılığın qarşısını almaq, ictimai maraqları təmin etmək və bazarda ədalətli rəqabət qaydalarının işləməsinə nəzarət etməkdir. Xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda dövlətin tənzimləyici və təşviqedici funksiyası ilə özəl sektorun təşəbbüskarlığı arasında düzgün tarazlığın yaradılması çox önəm daşıyır.

Bu gün sahibkarlığın inkişafı həm də cəmiyyətdə təşəbbüskarlıq mədəniyyətinin formalaşması deməkdir. İnsanların öz ideyalarını biznesə çevirmək, risk etmək, investisiya qoymaq və yaratdıqları məhsul və xidmətlərlə bazarda mövqe qazanmaq imkanları nə qədər geniş olarsa, iqtisadiyyatın daxili potensialı da bir o qədər güclü olar.  Belə bir mühitdə Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş iqtisadi nəticələri daha rəqabətli, şaxələndirilmiş və özəl təşəbbüslərə əsaslanan inkişaf modelinə çevirməkdir. Çünki güclü özəl sektor və sağlam rəqabət dayanıqlı inkişafın ən mühüm şərtlərindəndir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

TRIPP: Ermənistan üçün geriyə yol yoxdur

08:50
28 Noyabr

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!