26 May 2026 15:37
120
SİYASƏT
A- A+
WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 


17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın diplomatik gücünün və təşkilatçılıq potensialının təzahürü, növbəti qlobal uğuru oldu. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən forum bu günədək keçirilmiş ən böyük WUF kimi tarixə düşdü. COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirə evsahibliyi edən Azərbaycan bir daha qlobal həmrəyliyin, çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun mühüm mərkəzi kimi çıxış etdi. 

Bu fikirləri “Azərbaycan” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev deyib. Onun sözlərinə görə, WUF13-ün ən mühüm hadisələri Prezident İlham Əliyevin forumun açılış mərasimində çıxışı və dövlətimizin başçısının təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti idi: “Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə keçirilən bu sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Liderlər Sammiti şəhərsalma üzrə müzakirələri yeni siyasi müstəviyə çıxardı. Dövlət və hökumət başçıları öz çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və forumun mükəmməl təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər. Azərbaycan WUF13 platformasında qlobal şəhərsalma müzakirələrinə əhəmiyyətli töhfələri ilə yadda qaldı. Ölkəmizin işğaldan təmizlənmiş bölgələrdə apardığı irimiqyaslı bərpa-quruculuq fəaliyyəti forum iştirakçılarının böyük marağına və rəğbətinə səbəb oldu. Heç bir xarici dəstək almadan, tamamilə daxili maliyyə və insan kapitalı sayəsində urbisid, ekosid və kultursidə məruz qalmış şəhər və kəndlərin sıfırdan bərpası qlobal birliyin diqqətini cəlb etdi. Beynəlxalq ekspertlər Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarını postmünaqişə dövrünü yaşayan digər dövlətlər üçün ideal bir model olaraq qəbul etdilər. Forumda Böyük qayıdış dövlət proqramı da diqqət mərkəzində olan əsas mövzulardan biri idi. Doğma yurdlarından didərgin salınmış soydaşlarımızın təhlükəsizlik və ləyaqətli şəkildə geri dönməsi üçün reallaşdırılan strategiya həm humanitar, həm də sosial aspektlərdən ideal model kimi dəyərləndirildi”.

Arzu Abdullayev vurğulayıb ki, WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində təcrübəsi mühüm beynəlxalq nümunə kimi qeyd olundu: “Bu, işğal dövründə erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulmasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Eyni zamanda Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı zamanı dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkdi. Dövlətimizin başçısı müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini, tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri bu siyasətin mühüm tərkib hissəsi kimi xarakterizə etdi və bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: “Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər”. 

Arzu Abdullayev qeyd edib ki, beynəlxalq miqyasda mühüm konsensus sənədi sayılan və sammitin yekun bəyannaməsi kimi qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” sənədi Azərbaycanın qlobal arenadakı çəkisinin, eləcə də çoxtərəfli diplomatiya sistemindəki nüfuzunun növbəti parlaq təzahürüdür: “Sənədin mətnində Azərbaycan rəhbərliyinə və xalqına ünvanlanmış xüsusi minnətdarlıq ifadələri təkcə protokol xarakteri daşımır, həm də ölkəmizin qlobal çağırışlara verdiyi institusional dəstəyin rəsmi etirafıdır. Bəyannamədə forumun yüksək təşkilatçılıq standartları, göstərilən qonaqpərvərlik və yaradılan effektiv müzakirə mühiti xüsusi olaraq təqdir olunur. Bu yanaşma, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, multikultural dəyərlərinin və xarici tərəfdaşlığa yönəlmiş strateji kursunun beynəlxalq birlik tərəfindən rəsmi səviyyədə təsdiqlənməsi deməkdir. Eyni zamanda, “Bakı Fəaliyyətə Çağırış” sənədi Azərbaycanın qlobal şəhərsalma gələcəyini formalaşdıran aparıcı aktorlardan birinə çevrildiyini hüquqi və siyasi cəhətdən əsaslandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini bildirib ki, WUF13-ün yeniliklərinə Bakı Şəhərsalma Mükafatı, Biznes və İnnovasiya Mərkəzi, WUF Akademiyası kampusu və Təcrübə Mərkəzi daxildir: “Bakı Şəhərsalma Mükafatı mühüm bir yenilik kimi yadda qaldı. Bu mükafatın məqsədi ekoloji cəhətdən dayanıqlı yaşayış məskənlərinin inkişafını, innovativ tikinti həllərini və sosial bərabərliyi stimullaşdırmaqdır. Belə bir mükafatın yaradılması respublikamızın qlobal şəhərsalma siyasətində aparıcı və təşəbbüskar bir qüvvə olduğunu sübut edir. Mükafatın təməl fəlsəfəsi ekoloji baxımdan dayanıqlı urbanizasiyanı, qabaqcıl arxitektura və tikinti həllərini, eləcə də inklüziv və sosial bərabərliyə əsaslanan yaşayış məskənlərinin qurulmasını təşviq etməkdir. Beynəlxalq statuslu bir təltifin birbaşa Azərbaycanın paytaxtının adı ilə bağlanması və qlobal miqyasda reallaşdırılması, respublikamızın qlobal gündəliyi formalaşdıran aparıcı və təşəbbüskar qüvvə olduğunu nümayiş etdirir. Bu forum və onun əsas sənədi olan “Bakı Fəaliyyətə Çağırış” ölkəmizin dünyadakı siyasi nüfuzunu daha da möhkəmləndirən mühüm bir mərhələdir. Müasir dünyamız sürətli əhali artımı, ekoloji böhranlar, regional qarşıdurmalar və miqrasiya dalğaları kimi ciddi sınaqlarla üz-üzədir. Belə bir dönəmdə paytaxtımızdan səslənən mühüm bəyanatlar qlobal həmrəyliyə, davamlı tərəqqiyə və ortaq məsuliyyətə əsaslanan fərqli tərəfdaşlıq modelinin qurulmasına cığır açır”.

COP29-da olduğu kimi WUF13-ün də gələcək beynəlxalq təşəbbüslər üçün mühüm platforma yaratdığını deyən  Arzu Abdullayevin sözlərinə görə, Bakı Şəhərsalma Mükafatının təsis olunması, milli şəhərsalma forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması bunun bariz göstəricisidir. “Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq qlobal proseslərə təsir edən, yeni beynəlxalq təşəbbüslər irəli sürən və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm dövlətlərdən birinə çevrilib. Bu forum və qəbul edilən tarixi bəyannamə Azərbaycanın qlobal müstəvidəki mövqeyini keyfiyyətcə yeni bir mərhələyə ucaltdı. Beləliklə, respublikamız təkcə gələcəyin təhlükəsiz və modern şəhərlərinin qurulmasına dair fundamental yol xəritəsi təqdim etmədi, həm də planetar miqyasda qərarların qəbul edildiyi əsas diplomatik mərkəzlərdən birinə çevrildiyini rəsmən təsdiqlədi” -deyə Arzu Abdullayev bildirib.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Emin Ağalarov: “Sea Breeze”də sahil iqliminə uyğunlaşdırılmış 11 milyon ağac və bitki əkilib

15:48
26 May

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən  

15:46
26 May

Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır  

15:45
26 May

2026-cı ilin daimi seçici siyahıları dəqiqləşdirilib - MSK-da iclas

15:44
26 May

Rusiya səfiri: “Sea Breeze” Azərbaycanın turizm və mədəni cəlbediciliyinin bir hissəsinə çevrilib

15:43
26 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
26 May

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

15:42
26 May

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

15:41
26 May

Ali Məclisin yaz sessiyası başa çatıb

15:39
26 May

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

15:37
26 May

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

15:31
26 May

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Xocalıya daha 29 nəfər qayıdıb

15:01
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!