13 Yanvar 2022 02:03
672
Oxucu məktubları

Vətəndaşın pensiyası indeksləşdirilmişdir

 

Məmmədzadə Hüseyn Vidadi oğlunun ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması ilə bağlı 11.10.2021-ci il tarixli 1011/11 nömrəli müraciətə dair redaksiyamıza göndərdiyi məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır.

Araşdırma məlumatlarına əsasən, H.Məmmədzadənin ailə başçısını itirməyə görə pensiya hüququnun 09.12.2021-ci il tarixində yarandığını nəzərə alaraq, onun əmək pensiyası ödənişinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2021-ci il tarixli sərəncamına uyğun olaraq indeksləşdirilmədən həyata keçirildiyi müəyyən edilmişdir.

Qeyd olunanları nəzərə alaraq, Məmmədzadə Hüseyn Vidadi oğlunun pensiya məbləğinin sözügedən sərəncama uyğun olaraq indeksləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verilmişdir.

Nəzərə almağınızı xahiş edirik.

 

Zəka MİRZƏYEV,

İdarə Heyətinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video