Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
Erməni işğalçıları zaman-zaman torpaqlarımıza hücum edəndə Vətən qeyrəti çəkən oğullar silaha sarılaraq yurdun müdafiəsinə qalxıblar. Cəsarətlə vuruşaraq düşmənə qalib gəliblər, doğmalarının yanına zəfərlə qayıdıblar. 2020-ci il sentyabr ayının 27-də erməni işğalçıları yurdumuza hücum edəndə Fərid Adıgözəlov da düşmənlə vuruşmaq üçün döyüşlərə atılmışdı.
Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində dünyaya göz açmışdı. Həmin ərəfədə torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedirdi. O vaxtlar bəlkə də heç kimin ağlına gəlməzdi ki, Fərid də böyüyüb Qarabağ uğrunda vuruşacaq.
2009-cu ildə Fərid Adıgözəlov orta məktəbi bitirdi. 17 yaşlı gəncin ürəyi arzu və istəklərlə dolu idi. Ürəyində dolaşan arzulardan ən ülvisi Vətənə əsgər olmaq idi. Bu arzusuna 2010-cu ildə çatdı. Yaşıdları ilə bərabər ordu sıralarına yollandı. Əyninə əsgər forması geyinib Vətənə xidmət etdi.
Əsgəri xidmətini başa vurandan sonra Fərid Adıgözəlov başqa arzularının arxasınca getdi. Amma çox keçmədi ki, Vətənə olan sonsuz sevgi onu yenidən ordu sıralarına qaytardı. O, əyninə hərbi forma geyindi, ömrünü ordu həyatına bağladı. Fərid müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başladı.
27 sentyabr 2020-ci ildə Fəridin, eləcə də minlərlə Vətən oğlunun Qarabağı azad etmək arzusunu həyata keçirmək üçün imkan yarandı. Tarixin həmin günündə ermənilər yeni ərazilərimizi işğal etmək məqsədilə mövqelərimiz üzərinə hücuma keçdilər. İkinci Qarabağ müharibəsi başladı. Elə ilk günlərdən Fəridin xidmət etdiyi hərbi hissənin şəxsi heyətini döyüşlərə cəlb etdilər. Onlar Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində vuruşurdular. Düşmən nə qədər müqavimət göstərsə də, onlar irəliləyirdilər. Erməni işğalçıları uzun illər möhkəmləndikləri mövqelərdə gizlənərək müdafiə olunmağa çalışırdılar. Fəridgil qəsbkarların mövqelərinə mərmiləri dolu kimi yağdırırdılar. Çox keçmədi ki düşmən əks-hücumlar qarşısında dayana bilməyərək geri çəkildi. Fəridgil uğurla başa çatan döyüşlərlə Suqovuşan və Talış kəndlərini işğalçılardan azad etdilər. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun uğurlu döyüşləri başlamışdı. Qəsbkarlar geri çəkildikcə Fərid idarə etdiyi tankı Qarabağın dərinliklərinə doğru sürürdü.
Amma cəsur əsgər Fərid Adıgözəlovun Qarabağ uğrunda gedən döyüşləri yarımçıq qaldı. 18 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən əməliyyat zamanı üzərinə düşən tapşırığı yerinə yetirərkən şəhid oldu. Yaxınları, doğmaları Fəridi acı göz yaşları içində qoynunda dünyaya göz açdığı Naftalan şəhərində dəfn etdilər.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi hünər və qəhrəmanlığa görə Adıgözəlov Fərid İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görüldü.
M.Vahid,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!