21 Avqust 2026 09:20
496
Mədəniyyət
A- A+
Vandalizmə məruz qalmış mədəni irsimiz

Vandalizmə məruz qalmış mədəni irsimiz


Mədəni irsimiz millətin kimliyinin tarixi yaddaşının və gələcək nəsillərə ötürüləcək  dəyərlərin əsasını təşkil edir. Mədəni irs yalnız  tarixi abidələr toplusu deyil, həm də xalqın yaddaşında iz buraxan gələcək nəsillərə ötürülən kimliyimizdir. 

Azərbaycan  xalqının çox qədim və zəngin keçmişini öyrənmək üçün tarixi abidələrin böyük əhəmiyyəti var. Bu abidələr vasitəsilə əcdadlarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətini öyrənmək mümkündür. Hər il respublikamızın müxtəlif guşələrində arxeoloji ekspedisiyalar nəticəsində tarixi keçmişimizin unudulmuş, torpaq altında gizlənmiş abidələri aşkar edilir. 

Tarixi abidələrin qədimliyinə və müxtəlifliyinə görə respublikamızda Qazax rayonu xüsusi yer tutur və abidə zənginliyi baxımından Qazax ərazisi müqayisə-edilməzdir. Rayonun ərazisində qazıntı işləri aparmış arxeoloqlarımızın fikrincə, burada tapılan bəzi abidələrin əhəmiyyəti olduqca vacibdir. Bu abidələr fonunda bütün bəşəriyyətin təkamül prosesini aydın görmək olar. 

Qazaxda  min illərin tarixini yaşadan qədim yaşayış yerləri, abidələr vardır. Burada olan mağaralar, möhtəşəm qalalar, türbələr, məbədlər və s. kimi abidələr Qazaxın tarixi zənginliyindən xəbər verir. Həmin tarixi abidələri qorumaq, onları gələcək nəsillərə çatdırmaq məqsədilə 1989-cu il fevralın 22-də Azərbaycan Nazirlər Sovetinin 99 № li qərarı ilə "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmış, qoruğa 3613 hektar (ha) ərazi ayrılmışdır.

Qoruq zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan "Avey" məbədinin adı ilə adlandırılıb. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdində "Yuxarı Əskipara", "Damcılı" və "Göyəzən" filialları da fəaliyyət göstərir. 

Qazaxın ən gözəl, səfalı kəndərindən biri olan Yuxarı Əskipara kəndi dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Azərbaycan dilindəki "əski" (köhnə, qədim) və "para" (yer, kənd, hissə) sözlərindən ibarət olub "köhnə, qədim kənd" mənasındadır.

 Qoruğun "Yuxarı Əskipara"  filialı 2783 hektar ərazisi olmaqla bütöv kəndi əhatə edir. Çox təssüf ki, qoruğun "Yuxarı Əskipara" filialının ərazisinə daxil olan çox sayda tarixi abidəmiz erməni vandalizminin qurbanına çevrilib. Qazax rayonunun Yuxarı Əskipara (08.06.1992) və Aşağı Əskipara (14.06.1992) kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.  Kəndlərdə yerləşən abidələrin əksəriyyəti hələ işğal vaxtı kəndlər yandırılarkən məhv olunmuşdur. Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərində  dövlət qeydiyyatına götürülmüş 14, qeydiyyata alınmamış onlarca abidəmiz var idi.

1949-1950-ci illərdə aparılan tədqiqatlar nəticəsində və 1970-ci illlərdə davam etdirilən arxeoloji qazıntılar zamanı Yuxarı Əskipara kəndində V-Vl əsrlərə aid qədim şəhərcik , V-VII əsrlərə aid Alban məbədi və XII əsrə aid yeraltı su kəməri və körpülər, XVI əsrə aid Şəhərgah qalası, Xalxal şəhərinin bir hissəsi, qədim hamamlar, dəyirman və sair qədim tikililər  var idi. Kənddə aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Yuxarı Əskiparada olan evlərin çoxu qədim yaşayış məskənləri və  tikililər üzərində inşa edilmişdir. Burada  aşkar edilən qədim şəhərdən Albanlara məxsus əlifba və bəzəklər olan qəbir daşları tapılmışdır.Çox təəssüflər olsun ki, bu ərazilərdə uydurma tarixlərini yazmaq üçün ermənilər qədim daşları daşıyıb apararaq mənimsəyiblər. 

Yuxarı Əskipara kəndi Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə yaşadan mühüm yaşayış məntəqələrindən biridir. Kənd ərazisində yerləşən çoxsaylı abidə ona "tarixi abidələr diyarı" deməyə əsas verir. Ən mühüm abidələrdən biri V-VIII əsrlərə aid Qafqaz Albaniyasına məxsus məbəddir. Qırmızı tuf daşdan tikilmiş bu möhtəşəm tikilinin Alban hökmdarlarının iqamətgahı olduğu ehtimal edilir. Lakin sovet dövründə bu və digər Alban abidələri kifayət qədər araşdırılmamış, bəziləri dəyişdirilmişdir.

Kənddə XVII əsrə aid Əskipara qalası (Dördkünc qala) da yerləşir. Coğaz çayı sahilində tikilmiş bu üçmərtəbəli qala müdafiə məqsədli gözətçi məntəqəsi olmuşdur və Orta əsr memarlığının qiymətli nümunəsidir. Yuxarı Əskiparada yeraltı yol, yeraltı su kəməri, həmçinin körpülər (Qatır, Kazım, Qulucanlı və s.) mövcuddur. Bundan əlavə, isti mineral bulaqlar üzərində tikilmiş hamamlar və VI-IX əsrlərə aid Qalakənd məbəd kompleksi də kəndin tarixi əhəmiyyətini artırır. 

Bütün bu abidələr Yuxarı Əskiparanın Azərbaycanın ən zəngin tarixi məkanlarından biri olduğunun və bu ərazinin yalnız bir kənd deyil, eyni zamanda Azərbaycanın qədim tarixini, mədəniyyətini və memarlıq ənənələrini özündə yaşadan nadir bir irs məkanı olduğunun sübutudur.

Sevindirici haldır ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında şərti sərhəddə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın növbəti iclası keçirildi və nəticədə hər iki tərəf arasında sərhəd ərazilərinin ilkin delimitasiyası üzrə razılığa gəlindi. Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verildi. Bununla da Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrım, Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı kəndlərindən çıxardı.

Nəhayət ki, 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı, bu kəndlərdə olan tarixi abidələr də öz azadlığına qovuşdu. Uzun müddət ərzində vandalizmə məruz qalan abidələrin taleyindən  xəbərsiz olmağımız bu abidələrin qorunması və təbliğatında bizləri çox böyük çətinliklərlə üz-üzə qoymuşdur.

Çox yaxın günlərdə Qazaxın üç anklav kəndinin- Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin də işğaldan tam azad olunması gözlənilir. Tezliklə əsirlikdən azad olunan torpaqlarımıza qayıdacaq və öz tarixi keçmişimiz olan abidələrimizə qovuşacağıq.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdəki tarixi abidələrin işğalçılar tərəfindən dağıdılması, buradakı mədəni irsimizin mənimsənilməsi, Alban abidələrinin ermənilər tərəfindən özününküləşdirilməsi faktlarını araşdırırıq. Abidələrimizi yenidən əvvəlki görünüşünə qaytarmaq, onların bərpası və konservasiyası məsələləri, həmçinin yerli və beynəlxalq arenada təbliği,  yetişməkdə olan gənc nəsli bu məsələlərlə məlumatlandırmaq əsas vəzifələrimizdəndir.


Növrəstə BİNNƏTOVA,

"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun "Yuxarı Əskipara" filialının müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

21:44
22 Avqust

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

20:41
22 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

20:32
22 Avqust

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

19:49
22 Avqust

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

17:37
22 Avqust

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

16:27
22 Avqust

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

15:49
22 Avqust

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

15:29
22 Avqust

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

14:51
22 Avqust

Azərbaycan neftinin qiyməti 97 dollar olub

13:42
22 Avqust

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

13:20
22 Avqust

Sabaha olan hava proqnozu açıqlanıb

12:57
22 Avqust

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

12:49
22 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:43
22 Avqust

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb  

11:19
22 Avqust

Xəzər dənizində zəlzələ baş verib

11:18
22 Avqust

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək  

11:16
22 Avqust

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

11:09
22 Avqust

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb  

10:58
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib  

10:29
22 Avqust

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

10:23
22 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!