20 Aprel 2025 09:50
947
Mədəniyyət
A- A+
Ürəklər, ürəklər...

Ürəklər, ürəklər...


O günü məhəllədə cavan bir oğlanı divara ürək şəkli çəkən gördüm. Ayaq saxlayıb seyr etdim. Həmin anlarda dodağımdan, dilimdən bu pıçıltılar qopdu... Ürəklər, ürəklər... 

Əhatə dairəsinə yerləşir min-min, gözəl-gözəl diləklər. Ürəyin istədiyin qədər çoxdur. Bir deyil, beş deyil, saysız-hesabsızdır. Bir bax, gör dünyada nə qədər ürək var, nə qədər dilək var. 

Ürəklər müxtəlif olur, forması eyni olsa da, məzmunları bir-birinə bənzəmir, bir-birini təkrarlamır. Gəlin saya-saya baxaq görək nə qədərdir ürəklər. Geniş ürəklər, darısqal ürəklər, dayaz ürəklər, dərin ürəklər, isti ürəklər, sərin və bir az da soyuq ürəklər, acı, şirin, biri o birindən dərin ürəklər. 

Bununla qurtarmır ürəklər, bitmir diləklər, itmir istəklər. Yaddaşımıza işıq düşdükcə ardı gəlir, sanki bir-bir ürəklərin qəddi dikəlir, qaməti düzəlir. Ləçək ürəklər, çiçək ürəklər. Biri o birindən göyçək ürəklər. Xəstə ürəklər, sağlam ürəklər. Təmiz ürəklər, çirkin ürəklər. Sevən ürəklər, sevgiyə həsrət qalan ürəklər. Doğru ürəklər, yalan ürəklər. Hərdən də bir-birini dərdə, sərə salan ürəklər. Küsən ürəklər, susan ürəklər, bəzən çətin, bəzən asan ürəklər. Qoy heç vaxt onların üstündən əsməsin soyuq küləklər.

Yenə də ardı kəsilmir, yavaş-yavaş sıra ilə gəlir ürəklər. Bəzən sevgiyə, məhəbbətə açıq, bəzən də qıfıllı, bağlı ürəklər. Rəngli, rəngsiz, ağlı-qaralı ürəklər, xain ürəklər. Asta-asta tərpənən, tələsən ürəklər, qaçan ürəklər, qəlbləri geniş açan, sevinc saçan ürəklər. Könülləri güldürən, bəzən də bezdirib sevdiyini öldürən ürəklər. Güclü, gücsüz ürəklər, adlı, adsız ürəklər. Dadlı, dadsız ürəklər. Həmişə, hər an onların üstünə səpilsin yalnız və yalnız gözəl çiçəklər.

Görək daha sonra hansılardır ürəklər. Titrək, əsən, bəzən amansızlıq edib bütün ümidləri kəsən ürəklər. Sevgiyə doğru uçan, məhəbbətə geniş qucaq açan, bəzən də eşqdən, məhəbbətdən baş götürüb qaçan ürəklər. İşıqlı, qaranlıq, zülmət ürəklər. Gözdən, könüldən uzaq düşmüş yalqız qalmış ürəklər. Böyük, kiçik, hərdən də sevgidən incimiş, küsmüş ürəklər. Paxıl, nağıl ürəklər. Onların üstündən heç vaxt əskik olmasın çiçəklər.

Yenə də bir-bir gəlir dilimizə ürəklər. Şir, canavar, qorxmaz ürəklər. Köhnə, təzə ürəklər, ağlayan, gülən ürəklər. Sağ ikən, var ikən ölən, heç vaxt yaddaşımızdan silinməyib əbədi olaraq orada qalan ürəklər. İlləri, əsirləri aşan ürəklər, bizi həmişə ucalıqlara qaldırıb yaşadan ürəklər. Ömrümüzü, günümüzü sayğac kimi sayan, hər dəqiqə, hər an bizə həyan ürəklər. Hər gün işimiz düşən, əlimizdən çıxıb sürüşən ürəklər.

Yenə ürəklər, yenə ürəklər. Adlı, adsız ürəklər, canlı, cansız ürəklər. Şanslı, şanssız ürəklər, dolu, boş ürəklər. Hərdən yumşaq, hərdən də daş ürəklər. Onları göz bəbəyi kimi qorusun gözəgörünməz mələklər.

Amma nə yaxşı ki, elə var bu cür ürəklər. Yoxsa hara yerləşərdi qəlbimizdə, könlümüzdə daim dolaşan, sədləri, sərhədləri aşan, bizə qol-qanad verən bir-birindən gözəl-gözəl istək və diləklər. 

İşə bir bax. Özüm də hiss etmədən pıçıltılar məni xeyli uzaqlara aparıb. Bu vaxta qədər artıq cavan oğlan da ürək şəklini divara çəkib qurtarıb.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda referendumun ilkin nəticələri açıqlanıb

10:55
16 Mart

Yalçın Rəfiyev: Azərbaycan Avrasiya regionunda qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilir  

10:54
16 Mart

Martın bütün sosial ödənişləri başa çatdırılıb

10:28
16 Mart

Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Körfəz ölkələrinin İranın hücumlarına qarşı bütün imkanları səfərbər edəcəklərini bildiriblər  

10:28
16 Mart

Dünya birjalarında neft bahalaşıb

10:26
16 Mart

Azərbaycanlı pilot Formula 4 testlərini uğurla başa vurub

10:02
16 Mart

Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

10:00
16 Mart

Joan Laporta 3-cü dəfə "Barselona"nın prezidenti seçilib  

09:47
16 Mart

"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb 

09:13
16 Mart

Exit-poll: qazaxıstanlılar yeni Konstitusiyanı dəstəkləyib

23:59
15 Mart

Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

23:25
15 Mart

Azərbaycan güləşçisi Serbiyada qızıl medal qazanıb YENİLƏNİB

23:01
15 Mart

Bağdad Hava Limanı və ətrafına raketlər atılıb

22:56
15 Mart

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olunub  

22:22
15 Mart

Qazaxıstanda keçirilən referendumda seçici fəallığı 73,24 faiz olub

20:36
15 Mart

Misli Premyer Liqası: “Neftçi” “Qəbələ”ni məğlub edib

20:03
15 Mart

ABŞ digər ölkələrin Hörmüz boğazı ilə bağlı səylərini dəstəkləməsini gözləyir

19:52
15 Mart

Zelenski Trampla görüşmək istəyir  

18:49
15 Mart

Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunub  

18:05
15 Mart

Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır

17:57
15 Mart

Misli Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

17:01
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!