16 Mart 2026 10:54
406
SİYASƏT
A- A+
Yalçın Rəfiyev: Azərbaycan Avrasiya regionunda qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilir  

Yalçın Rəfiyev: Azərbaycan Avrasiya regionunda qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilir  


Azərbaycan bir çox qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Ötən il ölkəmizdə COP29 konfransı uğurla keçirilib. Bu ilin may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) təşkil olunacaq. Daha sonra İslam İnkişaf Bankının illik toplantısı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə toplantısı da məhz paytaxtımızda keçiriləcək. Bütün bunlar Azərbaycanın xüsusilə Avrasiya regionunda qlobal diplomatiyanın mərkəzlərindən birinə çevrildiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.

Nazir müavini qeyd edib ki, bu tədbirlər müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə yanaşı, qlobal əhəmiyyət kəsb edən mövzuların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

“Seçilən mövzular da qlobal əhəmiyyət daşıyır. Məsələn, XIII Bakı Qlobal Forum çərçivəsində iqlim və şəhərsalma mövzularına həsr olunmuş tədbirlər keçirildi. Bu müzakirələr qlobal səviyyədə həmin istiqamətlər üzrə aparılan debatlara töhfə vermək məqsədi daşıyır”, - deyə Yalçın Rəfiyev bildirib.

Nazir müavini əlavə edib ki, Bakıda keçirilən tədbirdə COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, COP31 sədrliyinin yüksək səviyyəli iqlim çempionu Səməd Ağırbaş da iştirak ediblər. Onun sözlərinə görə, səfərin əsas məqsədi COP31-in vizyonunu Azərbaycan ictimaiyyətinə, xüsusilə qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclərə təqdim etmək, onların suallarını cavablandırmaq olub.

Y.Rəfiyev qeyd edib ki, belə görüşlər qarşıdan gələn COP konfranslarının və digər beynəlxalq forumların nəticələrinə töhfə verir və müzakirələrin daha da zənginləşməsinə xidmət edir.

Azərbaycan ilə Türkiyə arasında COP prosesi çərçivəsində sıx əməkdaşlıq qurulduğunu deyən nazir müavini bildirib ki, artıq bu ilin əvvəlindən tərəflər arasında intensiv koordinasiya aparılır.

“COP31 sədrliyi ilə artıq iki dəfə İstanbulda əlaqələndirmə görüşlərimiz keçirilib. Həm Türkiyənin COP31 sədrliyi, həm də hazırkı Braziliya sədrliyi ilə növbəti COP konfransları haqqında strategiyalar müzakirə olunub. Uğur əldə etməyin yolları və bu istiqamətdə birlikdə necə işləyə biləcəyimiz barədə fikir mübadiləsi aparılıb”, - deyə nazir müavini vurğulayıb.

Yalçın Rəfiyevin sözlərinə görə, qarşıdakı dövrdə də tərəflər bu istiqamətdə sıx və intensiv əməkdaşlığı davam etdirəcəklər.

Nazir müavini, həmçinin Türkiyə tərəfinin COP31 çərçivəsində gənclərin daha fəal iştirakını təmin etmək niyyətində olduğunu diqqətə çatdırıb.

“Qarşıdan gələn COP-un gənclərin ən çox iştirak etdiyi konfranslardan birinə çevrilməsi məqsədi var. Bugünkü görüşdə iştirak edən gənclərin mövzuya marağı da göstərir ki, onların COP prosesində fəal iştirakı yekun nəticələrin daha uğurlu olmasına töhfə verir”, – deyə Y.Rəfiyev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

Xızı yay turizm mövsümünə hazırlaşır

09:00
22 Aprel

Havaların yağmurlu keçməsinə baxmayaraq...

08:55
22 Aprel

Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib

08:50
22 Aprel

Müasirləşən qədim Bakı

08:45
22 Aprel

XIX əsr Bakısının şəhərsalma mənzərəsi

08:40
22 Aprel

Bakı qlobal urbanizasiya gündəminin mərkəzində olacaq

08:35
22 Aprel

Ağ günlərinə qovuşan Ağdam

08:30
22 Aprel

"Şimal-Cənub" marşrutu bütün tərəflərə fayda gətirə bilər

08:25
22 Aprel

Ermənistanda seçki gərginliyi: ritorika sərtləşir

08:20
22 Aprel

Sülhün aydınlığında kölgə axtaranlar

08:15
22 Aprel

UNESCAP-a sədrlik Azərbaycana göstərilən növbəti qlobal etimaddır

08:10
22 Aprel

Parlament diplomatiyası ölkəmizin xarici siyasətinə layiqli töhfələr verir

08:05
22 Aprel

Bakı qlobal diplomatiyanın yeni paytaxtıdır

08:00
22 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!