13 Mart 2026 08:55
896
Mədəniyyət
A- A+
Qubanın Novruz adətləri

Qubanın Novruz adətləri


İnsanın həyatında rastlaşdığı nə varsa, onun yaddaşına fərqli izlər buraxır. Onların ayrılıqda sənə verdiyi duyğular müxtəlif kateqoriyalara bölünür. Bəşəri dəyərlər içində yeganə bahar adət-ənənələridir ki, bütünlükdə insan və təbiətin birgə təmasından yaranıb. Bahar canlı və cansız dünyamız arasında bütün fərqləri aradan qaldıran möhtəşəm bərabərlik fəslidir. 

Azərbaycanın qədim və gözəl məkanlarından olan Quba Novruz bayramı ənənələrini qoruyub saxlayan yurd yeridir. Bura ölkəmizdə azsaylı xalqların, etnik qrupların əmin-amanlıq şəraitində yaşadığı bölgədir. Qubada yaşayan 160 minə yaxın insanın 20 mini tat və ləzgi, 4 mini  xınalıqlı, 2 mini mexseti türkü, 3800 buduqlu, 2000 qrızlı, 1000-dən çoxu gürcü, tatar, ukraynalı, belarus, 4000 mindən çoxu isə yəhudidir. Amma burada yaşayanlar bir ocağın başına yığışmış mehriban ailədir.  Bu ocaq onları bir varlıq kimi birləşdirir, xeyirdə, şərdə bir yerdə olmağı öyrədir.  

Bahar adətlərində bu birlik daha çox üzə çıxır. Hərənin Novruz xonçasına qatdığı rəng sonda milli adətlərimizə çevrilib. Qubada deyirlər ki, bahar qapını döyüncə yeddi bostanın yeddi göyünün qutabını yemədinsə, demək, sən hələ qışla əlləşirsən. Axır çərşənbədə bulaq başına yığışar, suyu qablara doldurub göyərən torpağa səpərlər ki, bərəkət buralara hakim olsun.  Sonra kol altından keçərlər ki, azardan, bezardan və şeytandan uzaq olsunlar.

Bayram gecəsi hərə evində bişirdiyindən qonşusuna pay göndərər, əlil və xəstələri ziyarət edərlər. Nügədi kəndinin cavanları Bəhyə dağına qalxar, ən hündür zirvədə tonqal qalayarlar. Kənddə bişirilən paxlava, şəkərbura, qoğal dolu xonçalar ev-ev paylanar. Papaqatdıda iştirak edən uşaqlar topladıqlarını bölər və ləzzətlə onu ocaq başında şirin-şirin yeyərlər.

Buduqlular bayram axşamı qovurmalı, yaxud cücə-plovdan başqa, əriştəli aş da bişirərlər. Sonuncunu ruzi rəmzi kimi qonşulara paylayarlar. Buduqda nə bişirərlərsə, hamısına mütləq şəkər qatarlar ki, gələn günlər  xoş olsun.  Xınalıqlılar Novruzda nişanlı qız evinə yeddi pay göndərərlər. Buna Xınalıq dilində "yıg tikə" deyirlər. Sevgi, sağlamlıq, mehribanlıq, bərəkət, ruzi, sədaqət və övlad rəmzlərini özündə ehtiva  edən yeddilik gənc ailəyə dilənən arzulardır.

Qırmızı qəsəbədə  yaşayan yəhudilər də bu bayramı eyni coşqu ilə qarşılayırlar. Nizami parkında qalanan tonqalın başında dövrə vuran tat, ləzgi, xınalıqlı, yəhudi, belarus, tatar və digərləri birgə şənlənir, Azərbaycanı vahid ailə kimi tərənnüm edirlər. 

Bayramda qocaların, kimsəsizlərin, kasıb yaşayan əhalinin, çoxuşaqlı ailələrin qapısını açmaq təkcə adət deyil, həm də düşüncə tərzidir. Kənddə, qəsəbələrdə və rayon mərkəzində qonşular əllərində xonçalarla onları ziyarət edər, paylarını bölüşərlər. Qubada bir də şəhid məzarları ziyarət edilər. Şəhid ailələri üzvlərini qonşular evlərinə dəvət edər, xatirələri yada salarlar. 

Bayramın on üçüncü  günü Qudyalçayın sahilində böyük canlanma olar. Hamı əlindəki səmənisini suya atar və niyyət edər. Bura hərə bir arzu ilə gələr. Kənarda isə ötən il niyyət edənlər şirni paylayar, sevinclərini bölərlər.

Beləcə Bahar göylərin yerə növrağını çatdırar. Yurdumuzda Günəş parlar, təbiət yuxudan ayılar. Kainatın bir parçası olan Azərbaycanımızın hər güşəsinə Bahar ətri yayılar. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!