15 Mart 2026 17:57
897
SİYASƏT
A- A+
Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır

Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır


XIII Qlobal Bakı Forumu beynəlxalq məsələləri müzakirə etmək üçün çox yaxşı platformadır və bu platforma fəal şəkildə fəaliyyət göstərir. Burada iştirak edən nüfuzlu şəxslərin fikirləri beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir. Müzakirə olunan problemlər bu gün dünyada hər bir insanı düşündürür. Azərbaycan qlobal xarakter daşıyan məsələləri müzakirə etmək məqsədilə belə mühüm tədbiri keçirməklə dünyanın bir parçası olduğunu göstərir, eyni zamanda, beynəlxalq nüfuzunu daha da artırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin icraçı direktoru Yeran Lovetti deyib. O bildirib ki, “Azərbaycanda iqtisadi inkişaf dayanıqlı formada davam edir və sərmayələr üçün münbit imkanlar yaradılıb. Məhz iqtisadi inkişaf və qazanılan uğurlar bu cür qlobal tədbirlərin keçirilməsini və nüfuzlu siyasi xadimlərin Azərbaycana səfərini mümkün edir. Müzakirə olunan məsələlər olduqca aktualdır.

“Forumda Avropadan gələn qonaqlar çoxluq təşkil edirlər ki, bu da Azərbaycanın dəyərlərə arxalanan siyasi xəttini göstərir. Bu dəyərlər demokratiya, sosial rifah və iqtisadi inkişafdan ibarətdir. Bu dəyərlər qeyd-şərtsiz dünya ictimaiyyəti tərəfindən qəbul edilir və dəstəklənir. Bu kimi siyasi xətt və bu siyasətdə dünya problemlərinin müzakirəsi üçün şəraitin yaradılması Azərbaycana beynəlxalq aləmdə yalnız hörmət gətirə bilər”, -deyən icraçı direktor diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi şirkət Azərbaycana sərmayə yatıraraq enerji istehsalı ilə məşğul olmağı düşünür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

16:46
02 May

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

14:43
02 May

"EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir

14:12
02 May

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

14:09
02 May

Bakı buxtasında yelkən yarışına start verilib

13:51
02 May

Sabah hava əsasən yağmursuz olacaq - Proqnoz

13:41
02 May

Səfir: WUF13-də Niderlanddan geniş nümayəndə heyəti iştirak edəcək

13:01
02 May

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

12:50
02 May

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Türk sahibkarlar Azərbaycandakı investisiya imkanları barədə məlumatlandırılıblar

11:54
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!