UEFA Konfrans Liqası: “Neftçi” - “Makkabi” oyununda qalib müəyyənləşməyib
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 19-da Bakının "Neftçi" klubu "Makkabi Hayfa" (İsrail) komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib.
"Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Harramiz Soareş, Romen Bask, Mert Çelik, İsmayıl Zülfüqarlı, Yusuf Laval, Sabir Buqrin və Mamadu Kane yer alıblar.
İsrail təmsilçisinin heyətində isə meydana Coşua Koen, Əli Məhəmməd, Boqdan Planiç, Omer Atsili, Tyaronn Çeri, Sun Menahem, Xose Rodriges, Məhəmməd Abu-Fani, Din David, Ori Daan və Yosef-Raz Meyr çıxıblar.
Matçın birinci hissəsi İsrail təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. "Makkabi"nin heyətində oyunun 9-cu dəqiqəsində Omer Atsili fərqlənib.
İkinci hissəyə daha fəal başlayan "Neftçi" komandası matçın 50-ci dəqiqəsində istəyinə nail olub. Belə ki, Yusuf Laval baxımlı qola imza atıb. On altı dəqiqə sonra Y.Laval dubl edərək komandasını hesabda önə çıxarıb. Matçın 72-ci dəqiqəsində "Neftçi"nin kapitanı Emin Mahmudov hesab arasındakı fərqi artırıb. Bakı təmsilçisinin heyətində İsmayıl Zülfüqarlı 76-cı dəqiqədə ikinci sarı vərəqəni görərək, meydandan qovulub və "Neftçi" azlıqda qalıb. Oyunun 78-ci dəqiqəsində "Makkabi"nin futbolçusu Tyaronn Çeri Bakı klubunun qapısına yol tapmağı bacarıb. Qarşılaşmada sonuncu qol matçın 96-cı dəqiqəsinə təsadüf edib. Bu dəfə T.Çeri dubl ilə yadda qalıb. Beləliklə, "Neftçi"-"Makkabi" matçı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra İsraildə təşkil olunacaq.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi "Dinamo"dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!