19 Mart 2024 10:49
337
DÜNYA
A- A+

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

 

Türkiyə hökuməti ölkənin cənub və cənub-şərqindəki zəlzələ zonasının sakinlərini hər ay 10-15 min evdə mənzillərlə təmin etməyi planlaşdırır. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.

Onun sözlərinə görə, evlərin növbəti partiyası martın 19-da istifadəyə veriləcək və bu proses davam edəcək.

Nazir xatırladıb ki, təkcə son əsrdə Türkiyə ərazisində və ölkənin çıxışı olan dənizlərdə 6 və daha yüksək bal gücündə 231 zəlzələ baş verib. Eyni zamanda, Türkiyənin yerləşdiyi bölgədə bu gün 500-ə yaxın aktiv lay parçalanması qeydə alınır. “Təəssüf ki, müasir elm yalnız seysmik aktiv sahələri müəyyənləşdirir, lakin zəlzələnin tarixini və gücünü təxmin edə bilmir. Buna görə bütün evlər maksimal davamlılıq və təhlükəsizlik amili nəzərə alınmaqla tikilməlidir”, - deyə Özhaseki vurğulayıb.

O xatırladıb ki, 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlər Türkiyənin 18 əyayətinə təsir edib, ümumilikdə 14 milyon insan xəsarət alıb, 680 min ev və ofis dağılıb, 53 min 500 ölkə sakini həlak olub, iqtisadiyyata dəyən ziyan isə 104 milyard dollara çatıb.

Özhaseki qeyd edib ki, bərpa işləri təkcə şəhərlərdə deyil, Türkiyənin kəndlərində də davam etdirilir.

"Evlərin tikintisi fəlakət zonasında 3 min 433 kənddə davam edir. İlk 75 min yaşayış binasının təhvil verilməsi prosesi martın 19-da başa çatacaq. Növbəti aylarda ehtiyacı olanlara ayda 10-15 min ev verəcəyik", - deyə nazir əmin edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video