27 Aprel 2024 11:52
449
Mədəniyyət
A- A+

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib

 

Azərbaycan qəzeti xəbər verir ki, “Nəfəs” İctimai Birliyi və “Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib. “Huner Group”un baş ofisində baş tutan kitab təqdimatında “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Azərbaycanın Dostları Təşkilatı”nın rəhbəri Billurə Bayramova– Bernard, filologiya elmləri doktorları, professorlar Seyfəddin Rzasoy və Asif Hacıyev, Əməkdar müəllim Cəfər Bağırov, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Azərbaycan Diasporuna Dəstək Fondunun direktoru Əkrəm Abdullayev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, Folklor İnstitutunun əməkdaşları, “Lahıc” folklor qrupunun üzvləri, regionda yaşayan azsaylı xalqların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kitab müəllifin ilk monoqrafiyasıdır. Monoqrafiya İsmayıllı etnomühitində özlərinə layiqli yer tutmuş və milli–mədəni kimliklərini qoruyan azsaylı xalqların – lahıc, ləzgi, hapıt, molokan və etnoqrafik qrupun – Axıska türklərinin folklor ənənələrinin araşdırlmasına həsr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video