14 Aprel 2026 16:26
484
SİYASƏT
A- A+
Türk general: Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır

Türk general: Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır


Son illərdə Cənubi Qafqazda formalaşan vəziyyəti artıq klassik “donmuş münaqişə coğrafiyası” yanaşması ilə izah etmək mümkün deyil. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar regionu geosiyasi rəqabət məkanından geoiqtisadi inteqrasiya platformasına çevirmək potensialına malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi təkcə hərbi qələbə deyil, eyni zamanda, strateji dönüş nöqtəsidir. “Bu, təhlükəsizlik baxımından qeyri-müəyyənliyi azaldan, investisiya risklərini aşağı salan və regional layihələrin həyata keçirilməsini mümkün edən fundamental bir dəyişiklikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət üç əsas istiqamətə əsaslanır. Birincisi, suverenlik və inteqrasiya balansıdır. Sərt güc vasitəsilə əldə olunan nəticələrin yumşaq güc və iqtisadi alətlərlə möhkəmləndirilməsi, “Qələbədən sonra sülh” yanaşmasının tətbiqi bu siyasətin əsasını təşkil edir. İkinci istiqamət çoxşaxəli xarici siyasətdir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik münasibətlərini inkişaf etdirir, Rusiya ilə balanslı əlaqələr saxlayır, Avropa İttifaqı və Çinlə iqtisadi əməkdaşlığı genişləndirir. Bu yanaşma ölkəyə geniş manevr imkanları qazandırır. Üçüncü istiqamət isə kommunikasiya vizyonudur. Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji-logistika inteqrasiyası Azərbaycanın regionda yalnız iştirakçı deyil, eyni zamanda, qayda müəyyən edən aktora çevrilməsinə şərait yaradır”, – deyə Yücel Karauz əlavə edib.

Türkiyənin roluna toxunan general qeyd edib ki, Türkiyə bölgədə təhlükəsizlikdən iqtisadi əməkdaşlığa qədər geniş spektrdə mühüm rol oynayır. Türkiyə həm təhlükəsizlik təminatçısı, həm iqtisadi inteqrasiyanın hərəkətverici qüvvəsi, həm də regionu Orta Asiya və Avropaya bağlayan geosiyasi körpü kimi çıxış edir. “Ankara-Bakı xətti artıq, sadəcə, ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq regional sistemqurucu oxa çevrilib”, – deyə general bildirib.

O hesab edir ki, regionda formalaşan yeni təhlükəsizlik və əməkdaşlıq modelinin davamlılığı bir neçə əsas amildən asılıdır. Burada Ermənistanın inteqrasiyaya yanaşması, böyük güclər - Rusiya və Qərb arasındakı rəqabətin təsiri və iqtisadi layihələrin reallaşma tempi həlledici rol oynayacaq. Əgər bu istiqamətlər üzrə müsbət dinamika davam edərsə, Cənubi Qafqaz zəif və riskli regiondan strateji ticarət və enerji mərkəzinə çevrilə bilər. Bu gün artıq aydın görünür ki, Azərbaycanın həyata keçirdiyi siyasət və Türkiyənin çoxşaxəli dəstəyi regionda real və davamlı təhlükəsizlik, əməkdaşlıq modelinin formalaşması üçün ciddi zəmin yaradır. Lakin bu proses hələ tamamlanmayıb, hazırda formalaşmaqda olan bir regional sistemdən söhbət gedir”, – deyə Yücel Karauz bildirib.

Sonda general qeyd edib ki, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti və Türkiyənin strateji dəstəyi sayəsində ilk dəfə olaraq davamlı sülh və iqtisadi inteqrasiya imkanını real müstəviyə çıxarıb. Bu proses düzgün idarə olunarsa, region yaxın onillikdə münaqişə məkanından Avrasiyanın ən mühüm əlaqə və əməkdaşlıq mərkəzlərindən birinə çevrilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!