13 Fevral 2026 14:54
478
DÜNYA
A- A+
Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir  

Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir  


Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Bu tədbir ölkənin texnologiya ekosistemi üçün mühüm hadisədir, çünki burada rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya kimi müasir dövrün əhəmiyyətli sahələri üzrə bir sıra önəmli məsələlər müzakirə olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas söyləyib.

O bildirib ki, müşavirədə diqqət çəkən ilk istiqamət nazirliklərdə yeni nazir müavinlərinin təyin olunması oldu. Bu nazir müavinləri texnoloji məsələlər – rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə məsul şəxs olacaqlar. Onların əsas vəzifəsi digər nazirliklərlə daim əlaqədə olmaq, işlərin effektiv planlanmasını təmin etmək, rəqəmsal hökumətə keçidin daha sürətli və vahid istiqamətdə həyata keçirilməsini təşkil etməkdir. Nazir müavini tətbiq olunacaq rəqəmsallaşma layihələrindən və vətəndaşlara təqdim ediləcək rəqəmsal xidmətlərin təkmilləşdirilməsindən məsul şəxs kimi fəaliyyət göstərəcək. İndiki nazir müavinlərinin istiqamətləri bu tələblərə cavab vermədiyi üçün xüsusi bir vakansiyanın yaradılması zəruri olub. Bu addımın məqsədi işlərin effektivliyini artırmaq, koordinasiyanı gücləndirmək və rəqəmsallaşmanı sürətləndirməkdir. Təbii ki, bu məqsədlə özəl sektorun roluna da xüsusi diqqət yetirildi. Süni intellekt və innovasiya sahəsində özəl sektorun stimullaşdırılması ölkənin rəqabət qabiliyyətini artırır və əlavə resursların, gəlirin daxil olmasına şərait yaradır. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də təqdimatında investisiya fondları, texnoparkların rezidentlərinə yaradılan imkanlar və vergi güzəştləri kimi addımları nümayiş etdirdi.

“İkinci istiqamət dövlət xidmətlərinin vahid mərkəzdən təqdim olunması ilə bağlıdır. Prezident vurğuladı ki, bu xidmətlər “mygov” platforması vasitəsilə təqdim olunmalıdır. “Mygov” artıq Azərbaycanın rəqəmsal hökumət platforması kimi fəaliyyət göstərir. Rəqəmsal xidmət təqdim edən qurumlar öz fərdi həllərini yaratmağa davam edə bilər, lakin bu həllər yalnız “mygov” üzərindən vətəndaşlara təqdim olunmalıdır. Beləliklə, vətəndaş bir tətbiq vasitəsilə bütün rəqəmsal xidmətlərdən istifadə edə biləcək. Yəni mövcud rəqəmsal şöbələr və işçilər öz fəaliyyətini davam etdirir, yalnız xidmətlər vahid platformaya inteqrasiya olunur. Bu, vətəndaşyönümlü fəaliyyətin bariz nümunəsidir”, - deyə Pərdəşünas əlavə edib.

Müşavirədə diqqət yetirilən digər vacib məsələnin enerji mövzusu olduğunu deyən texnobloger vurğulayıb ki, bu məsələ son illərdə kifayət qədər aktualdır. Çünki süni intellektin işləməsi üçün enerji əsas xammaldır. Müasir dünyada enerji artıq “yeni neft” hesab olunur. Süni intellektin səmərəli işləməsi üçün isə ucuz enerji vacibdir. Azərbaycanda da alternativ enerji mənbələri – Günəş və külək enerjisi mövcuddur və bunlardan səmərəli istifadə etməklə ucuz enerji əldə etmək mümkündür. Bu, süni intellektin inkişafını və tətbiqini daha əlverişli edəcək.

“Süni intellektin tətbiqi üçün başqa bir mühüm istiqamət data mərkəzləridir. Prezident vurğuladı ki, data mərkəzlərinin inkişafı ölkədə süni intellektin fəaliyyətini təmin etmək üçün əhəmiyyətlidir və bir neçə data mərkəzinin yaradılması planlaşdırılır. Süni intellektdən istifadə ilə qərar qəbuletmə prosesi də bu qəbildəndir. AI agentləri qərar qəbuletmə prosesində rəhbərlərə kömək edəcək, verilən qərarın standartlara uyğun və vətəndaşların xeyrinə olmasını təmin edəcək. Qərarverici şəxslər AI vasitəsilə verdikləri qərarların nəticələrini öncədən qiymətləndirə və daha düzgün addımlar ata biləcəklər”, - deyə Fərid Pərdəşünas qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, müşavirədə xüsusi vurğulanan növbəti vacib məsələ kadr potensialıdır.

“İnfrastruktur və texnologiya imkanları olsa da, bunları icra edəcək peşəkar kadrlara ehtiyac var. Kibertəhlükəsizlik sahəsində xüsusi kadr ehtiyacı mövcuddur. Ötən illər ərzində Azərbaycana ciddi kibercinayətlər və hücumlar olub. Təbii ki, xarici mütəxəssis gətirərək ölkənin kibertəhlükəsizliyini qorumaq da mümkün deyil. Bu məqsədlə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi fəaliyyət göstərir və bu istiqamətdə İsrailin Texnion Universiteti ilə əməkdaşlıq olunur. İsrail mütəxəssisləri Azərbaycanda erkən yaşlardan kibertəhlükəsizlik mütəxəssisləri hazırlayırlar. Hesab edirəm ki, bu da çox önəmli amildir”, - deyə mütəxəssis fikrilərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!