14 Fevral 2026 08:55
160
Mədəniyyət
A- A+
Mədəni irsimizi əks etdirən ekran yaddaşı

Mədəni irsimizi əks etdirən ekran yaddaşı


Azərbaycan mediasının tarixində birəsrlik səs, 70 illik ekran salnaməsi - Azərbaycan Teleradiosunun 100 illiyi və Azərbaycan Televiziyasının 70 illik yubileyi qeyd olunur. Bu yubiley xalqın düşüncəsinin, tarix yaddaşının, milli kimliyin, mədəniyyət və maarifçilik ənənələrinin inkişaf tarixidir.

1926-cı ildə efirə yayılan ilk radio siqnalı Azərbaycan insanının dünyaya yetişən səsinə çevrildi. O səs ki, çətin illərdə ümid, müharibə illərində ruh yüksəkliyi, quruculuq dövründə inam, çağdaş dövrdə müstəqillik ideallarının carçısı oldu. Radio dalğaları vasitəsilə yayılan söz milli şüurun formalaşmasında, dilimizin saflığının qorunmasında və inkişafında əvəzsiz rol oynadı.

1956-cı ildə Azərbaycan Televiziyasının ilk yayımı isə artıq səsə görüntü qataraq ekranı xalqın güzgüsünə çevirdi. Bu ekran illər boyu tarixi hadisələri lentə aldı, sənəti, ədəbiyyatı, elmi, ictimai-siyasi prosesləri tamaşaçıya dolğun şəkildə çatdırdı. Azərbaycan Televiziyası milli-mənəvi dəyərlərin qoruyucusu, maarifçilik missiyasının daşıyıcısı oldu.

Azərbaycan Televiziyası son illər yenilənmə görkəmi, çağdaşçı mövqeyi, vizual tərəqqisi və milli ənənələrə sadiqliyi ilə öz missiyasına yeni tərz qazandırıb. Milli-mənəvi dəyərlərimizi  ehtiva edərək 50 milyonluq bütöv bir xalqın aynasına, təkcə yaxın keçmişimizin deyil, həm də bu günümüzün haqq səsinə çevrilib. Mənəvi irsimizin  layiqli daşıyıcısı olan milli teleradio dövlət-millət vəhdətini təcəssüm etdirməklə, xalqımızın tarixində birəsrlik salnamə, mədəni irsimizi əks etdirən ekran yaddaşıdır. 

 Ana televiziyamız 44 günlük Zəfər savaşımızda ən dəqiq operativ xəbər mənbəyi kimi çıxış etdi. Xalqımıza gecə-gündüz cəbhə bölgələrindən alınan  yeniliklər çatdırdı, Azərbaycan auditoriyasını işğaldan azad edilmiş torpaqlarımızla qovuşdurmağa nail oldu.  Vətən müharibəsindən sonra Azərbaycan Televiziyasında yayımlanan sənədli filmlər Zəfər salnaməsinin ekran təcəssümüdür. Bu filmlər şəhidlərin xatirəsini əbədiləşdirir, qazilərin qəhrəmanlığını, ordumuzun şücaətini, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin strateji və siyasi əhəmiyyətini tamaşaçıya yüksək peşəkarlıqla təqdim edir. Zəfər tariximizin sənədlərə, faktlara əsaslanan formada təqdim olunması həm gələcək nəsillər üçün arxiv materialı, həm də milli qürur mənbəyidir. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən bu ekran əsərləri vətənpərvərlik ruhunu hər keçən gün daha da gücləndirir.

Bu gün "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC müasir texniki imkanlar, peşəkar jurnalist və yaradıcı heyətlə dövlətçilik ənənələrinə sadiq qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, milli maraqların qorunması, tariximizin düzgün təqdimatı, vətənpərvərlik ruhunun gücləndirilməsi, multikultural dəyərlərin təşviqi, televiziya və radio proqramlarında öz əksini tapır. Efir siyasətində milli ideologiyanın təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması prioritet istiqamət kimi müəyyənləşdirilir.

Azərbaycan Teleradiosu müasir dövrdə dövlətçilik mövqeyini qoruyaraq informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qlobal informasiya müharibələrinin getdiyi bir dövrdə milli medianın məsuliyyəti daha da artır. Bu baxımdan, Azərbaycan Televiziyası obyektivlik, operativlik və milli maraqlar prinsipi çərçivəsində fəaliyyət göstərir və dövlətin informasiya siyasətinin etibarlı dayaqlarından biri kimi çıxış edir. Xüsusilə informasiya-analitik proqramlar sırasında "Həftə", "Hədəf", "Tarixin izi ilə" və digər verilişlər ictimai-siyasi proseslərin obyektiv təhlili və milli məfkurəsi ilə seçilir. Faktların sənədli materiallar və mütəxəssis rəyləri əsasında təqdim olunması bu istiqamətli proqramları elmi əsaslı və etibarlı mənbəyə çevirir. Ortaq türk kimliyi, mədəni bağlar və tarixi irs kontekstində geniş auditoriyanın marağına səbəb olan "Türk yurdu", "Anın tarixi" kimi verilişlər, sənədli layihələr türk dünyası ilə inteqrasiyanın ideoloji əsaslarını möhkəmləndirir. Bundan başqa, milli kimlik və vətəndaşlıq şüurunun formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda mədəniyyətin, musiqinin, ədəbiyyatın, teatr və kino sənətinin təbliği istiqamətində həyata keçirilən layihələr milli irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Radio və televiziya fondunda qorunan arxiv materialları Azərbaycan tarixinin canlı yaddaşıdır. Bu arxivlər tədqiqatçılar, tarixçilər və mədəniyyət xadimləri üçün qiymətli mənbə, qızıl fond dəyərindədir.

70 illik televiziya və 100 illik radio yolunun hər mərhələsində onlarla jurnalist, aparıcı, rejissor, operator, səs mühəndisi və digər yaradıcı insanın zəhməti dayanır. Onların peşəkarlığı nəticəsində Azərbaycan Teleradiosu bu gün də xalqın etimadını qoruyub saxlayır.


Əlibala MƏHƏRRƏMZADƏ, 

Milli Məclisin deputatı, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!