13 Fevral 2026 23:04
265
DÜNYA
A- A+
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  


Biz birlikdə elə bir dövrün astanasındayıq ki, bu dövr yenidən açıq şəkildə güc və ən çox da böyük güc siyasəti ilə xarakterizə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransının açılış mərasimində çıxışında deyib.

Kansler dünyada gərginliklərin artdığı bir şəraitdə Avropanın öz dəyərlərini qoruyub saxlamasının, azadlığını müdafiə etməsinin və gücünü artırmasının vacibliyini vurğulayıb. Bildirib ki, güclü qlobal tərəfdaşlıq şəbəkəsi gələcək beynəlxalq əməkdaşlıq üçün həyati əhəmiyyət daşıyır.

“Bu gün avropalılar kimi ilk vəzifəmiz bu reallığı qəbul etmək və yeni dövr üçün tədbirlər görməkdir”, - deyə F.Merts qeyd edib. Almaniyanın xarici və təhlükəsizlik siyasətinin həmişə Avropa kontekstində formalaşdırıldığını qeyd edən Merts deyib: “Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq”.

Kansler artıq əvvəlki kimi hüquq və qaydalara əsaslanan beynəlxalq nizamın artıq mövcud olmadığını, Rusiya-Ukrayna müharibəsi ilə açıq müharibələr və konfliktlərin yeni mərhələsinin başladığını diqqətə çatdırıb.

Trans-Atlantik münasibətlərə də toxunan Kansler ABŞ-ın liderlik iddiasının şübhə altında olduğunu qeyd edib: “Bəzi mövzularda Avropa ilə Vaşinqton fərqli qiymətləndirmələrə malikdir. Buna baxmayaraq, tərəfdaşlıqda bütün çətinliklərə rəğmən potensial qalmaqdadır. NATO həm Avropa, həm də ABŞ üçün ortaq rəqabət üstünlüyüdür”.

Kansler Avropanın öz maraqlarını və dəyərlərini qoruyub saxlamalı və öz gücünə güvənməli olduğunu qeyd edərək bildirib: “Üstünlük Avropanın azadlığıdır, bu azadlıq isə yalnız təhlükəsizlik və iqtisadi güc vasitəsilə mümkündür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atır

08:10
14 Fevral

Azərbaycan məqsədlərinə doğru inamla irəliləyir

08:05
14 Fevral

İki ilin uğur salnaməsi və yeni strateji hədəflər

08:00
14 Fevral

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

02:12
14 Fevral

REQUEST FOR EXPRESSIONS OF INTEREST CONSULTANT’S QUALIFICATIONS BASED SELECTION (CQS)

02:11
14 Fevral

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

02:08
14 Fevral

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı  

22:31
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!