14 Fevral 2026 09:25
165
İQTİSADİYYAT
A- A+
Burzubənd artıq ucqar dağ kəndi sayılmır

Burzubənd artıq ucqar dağ kəndi sayılmır


Kəndin asfalt yolu, daimi qazı, işığı, suyu, interneti var


Burzubənd kəndi Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir. Kənddə son illər əhalini rahatsız edən əksər problemlər həll olunub.

Kənddə, ümumilikdə inzibati ərazi dairəsində müasir tipli məktəb binaları tikilib, avtomobil yolları asfaltlaşdırılıb, yaşayış məntəqələrinin çoxu qazlaşdırılıb, sürətli internet şəbəkəsi yaradılıb, suvarma suyu çəkilib.  Burzubənd kənd tam orta məktəbi 5-6 il əvvəl köhnə, istismar müddətini başa vurmuş binada yerləşirdi. Müəllimlər tədris aparmaqda çətinlik çəkir, şagirdlər keyfiyyətli təhsil ala bilmirdilər. Ölkə rəhbərinin imzaladığı sərəncamla ayrılan vəsait hesabına kənddə müasir tipli məktəb binası inşa edildi. İndi müasir tədris ocağında təhsil alan şagirdlərin uğurları ildən-ilə artır. Yeniyetmələr burada elmi biliklərə yiyələnməklə yanaşı, həm də vətənpərvər ruhda böyüyürlər. Vətən müharibəsi bunu sübut etdi. Rayonun bütün gəncləri kimi, bu kəndin cavanları da heç bir çağırış gözləmədən könüllü müraciət edərək Vətənin müdafiəsinə yollandılar və torpaqlarımızın işğaldan azad edilməsində fədakarlıq göstərdilər. Bu məktəbin məzunları arasında şəhidlər də, qazilər də oldu. 

Burzubənd və ətraf kəndlərin sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bununla onlar həm ölkədə ərzaq bolluğu yaradır, həm də ailə büdcələrini formalaşdırırlar. Amma bir neçə il öncə meyvə bağlarının suvarılmasında çətinliklər var idi. Sakinlər hər görüşdə bu barədə rayon rəhbərliyinə müraciət edirdilər. Nəhayət, Lovayın su anbarından kəndə yeni suvarma xətti çəkilməklə su anbarı tikildi. Bununla böyük bir problem həllini tapdı. Gələcəkdə su anbarının həcmi artırılmaqla qonşu kəndlərə də suvarma suyu veriləcək.

Burzubənd səfalı kənddir. Turistlərin maraq göstərdiyi yaşayış məntəqələrindən sayılır. Yol infrastrukturu yenilənəndən sonra Burzubəndlə yanaşı, ən ucqar kəndlərə də ilin bütün fəsillərində turist və qonaqlar gəlir. Bu da sözsüz ki, sakinlərə ailə büdcələrini artırmağa imkan verir.

Bunlarla yanaşı, kəndin bəzi problemləri də var. Bəzi məhəllələrdə elektrik enerjisi gərginliyinin aşağı olması, yeni məhəllələrə qaz xəttinin çəkilməməsi, dağlıq ərazilərdə elektrik xətlərində qəza baş verən zaman kəndlərdə elektrik verilişində fasilələrin yaranması həmin problemlərin sırasındadır. Sakinlər bu barədə rayon rəhbərliyinin kənddə keçirdiyi görüş zamanı məsələ qaldırıblar və ümid edirlər ki, sözügedən problemlər də operativ həll ediləcək.

 

Seyran CAVADOV, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil  

10:54
14 Fevral

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı  

10:18
14 Fevral

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

10:17
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq  

09:13
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!