14 Fevral 2026 09:05
146
İQTİSADİYYAT
A- A+
"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü


Cəbrayılda tikilən günəş-elektrik stansiyasında işlər qrafik üzrə gedir


Cəbrayıl rayonunda tikilən 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasında işlər nəzərdə tutulan qrafikə uyğun davam edir. Bu layihə çərçivəsində ildə təxminən 500 QVt/saat bərpaolunan enerji istehsal ediləcəyi gözlənilir. 

"Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

Layihənin operatoru BP şirkətindən aldığımız məlumatlarda "Şəfəq"dəki yeniliklərdən ətraflı bəhs olunur. Onlardan biri budur ki, BP "Shafag Æabrayil Solar Limited" (SÆSL) şirkəti 10 faiz iştirak payını "MVM Energetika Zrt." (MVM) şirkətinə satıb. Bununla da BP-nin həyata keçirdiyi həmin layihəni maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur. Bu sövdələşmədən sonra BP-nin SÆSL-dəki iştirak payı 40,01 faiz olur. Qalan paylar isə "SOCAR Green" şirkətinə (39,99 faiz), Azərbaycan Biznesinin İnkişafı Fonduna (10 faiz) və MVM-ə (10 faiz) məxsusdur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bununla bağlı deyib: "MVM şirkətinin "Şəfəq" günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulmasından çox məmnunuq. MVM bu layihəyə enerji sistemlərinin istismarı və ötürülməsinin idarə edilməsi sahəsində öz geniş təcrübəsi ilə gəlir. İnanırıq ki, onların bu birgə müəssisəyə qoşulması ilə elə bir əməkdaşlıq nümunəsi yaranır ki, orada biz layihənin ümumi dəyərini, dayanıqlılığını və uzunmüddətli fəaliyyətini daha da artırmaq məqsədilə bir-birimizdən öyrənə bilərik".

Əməliyyatçı şirkətin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabatında da "Şəfəq" və STEL layihələrində işlərin gedişi öz əksini tapır. Belə ki, keçən ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra "Şəfəq" layihəsi üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb. Bu müqavilələr çərçivəsində ötən il layihə sahəsində hazırlıq işləri tamamlanıb və tikinti işlərinə başlanıb. Eyni zamanda modul təchizatı üzrə işlərə də start verilib və ilk panellər avqust ayında uğurla əraziyə çatdırılıb.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin aparılmasında yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət yetirilir. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.

İyunun 2-də isə Səngəçal terminalının investorları STEL layihəsini təsdiqləyiblər. Deyildiyi kimi, 230 milyon dollar dəyərində olan bu layihə ilə terminal "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. 

Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və STEL layihələrinin reallaşması Səngəçal terminalının gələcək istismarı dövründə buradakı əməliyyatlardan yaranan emissiyaların təxminən yarıbayarı azaldılması ilə nəticələnəcək. 

Xatırladaq ki, hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə söküləcək və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Keçən il STEL layihəsi üzrə üç əsas müqavilə imzalanıb. Hazırda bu müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər, o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri təhlükəsiz şəkildə və qrafikə uyğun davam edir.

Layihə üzrə tikinti işlərinin iki mərhələdə aparılacağı nəzərdə tutulur. Birinci mərhələ 2027-ci ilin ortalarında, ikinci mərhələ isə 2028-ci ilin sonunadək başa çatacaq. 

Beləliklə, BP-nin strategiyası apstrim fəaliyyətlərini genişləndirmək, daunstrim biznesində diqqəti seçilmiş sahələrə yönəltmək və enerji keçidinə öz investisiyasını intizamla aparmaqla səhmdarlar üçün uzunmüddətli dəyəri artırmaqdır. Yeri gəlmişkən: apstrim (yuxarı axın) neft və qaz sənayesində xam neft və təbii qazın axtarılması, kəşf edilməsi, quyuların qazılması və karbohidrogenlərin çıxarılması (istehsalı) ilə bağlı bütün fəaliyyətləri əhatə edən sektorun adıdır. Yəni apstrim yerin təkində və ya dənizin dibində olan karbohidrogenin yerin üstünə çıxarılana qədər bütün mərhələləri birləşdirir.  

Neft-qaz sənayesində xammalın (neft və qaz) hasilatdan sonra emalı, satışı və paylanması ilə məşğul olan son mərhələ isə daunstrim adlanır. Bu sektor benzin, dizel, plastiklər və digər neft-kimya məhsullarının istehsalı, saxlanılması və istehlakçıya çatdırılması proseslərini əhatə edir. Daunstrim sözü aşağı axın mənasını verir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!