26 İyul 2013 12:07
252
CƏMİYYƏT
A- A+
Tərbiyəsiz tərbiyəçi

Tərbiyəsiz tərbiyəçi

 

Övladlarımızı onların pis təsirindən qoruyaq

 

Bütün valideynlər çalışırlar ki, uşaqlarını yaxşı tərbiyə etsinlər, ağıllı və savadlı böyütsünlər. Zəhmətləri bəhrəsini verəndə sevinir, qürrələnir, nəsə alınmayanda isə pərt olur, səbəbini axtarıb tapmağa çalışırlar. Avropalılar belə hesab edirlər ki, axmaq özünün, ağıllı isə başqalarının səhvləri üstündə öyrənir. Bu nöqteyi-nəzərdən başqalarının səhvlərini nəzərdən keçirmək üçün informasiya texnologiyalarının ildırım sürəti ilə inkişaf etdiyi bir dövrdə bütün suallara internet resurslarında cavab axtarmağa dəqiqələr bəs edir.

Uşaqların tərbiyəsinə, inkişafına ən ağır zərbələr elə internet resurslarından, sosial şəbəkələrdən, asanlıqla internetə qoşulan cib telefonlarından gəlirmiş. Qısaca desək, övladlarımızın tərbiyəsində bizimlə birlikdə internet resursları da ciddi iştirak edir və özü də mənfi təsir göstərirlər. Belə çıxır ki, uşaqlarımızın bizdən gizlin tərbiyəçisi də var imiş. Bu tərbiyəçi biz valideynlərdən fərqli olaraq, övladlarımıza ürəyi yanmır, onların gələcəyi üçün narahatlıq keçirmir. Onun əsas məqsədi uşaqları, yeniyetmələri, ümumiyyətlə, bütün yaş kateqoriyalarından olan insanları özünə cəlb etmək, şirnikləndirmək və daim əsarətində saxlamaqdır. Açıq desək, bu tərbiyəsiz tərbiyəçinin əxlaqsız resursları, uşaqların mənəviyyatını dağıdan, şəxsiyyətini sındırıb asılı saxlayan saytları kifayət qədərdir! Ən təhlükəlisi isə keçid dövrünü yaşayan uşaqların belə saytlara daxil olmasıdır. Bu yaş dövründə heç nə haqqında məlumatı olmayan uşaqlar əxlaqsız saytlara daxil olduqda ağır mənəvi sarsıntılardan, psixi gərginliklərdən keçir, gördükləri onların normal həyat, milli mentalitet haqqındakı təsəvvürlərini alt-üst edir. Nəticədə cəmiyyət, ailə üçün faydalı yetişə bilən gənc internetin uçurumlarına yuvarlanaraq şəxsiyyət kimi gücsüz, iradəsiz olur, baxdığı resurslardan asılı oyuncağa çevrilir.

Başqa cür təhlükələr cib telefonları ilə bağlıdır. Şəhərə çıxın, insan axınını müşahidə edin. Ağlasığmaz səhnələr, gənclərin mənəviyyatında kök salan anormal davranışların çoxluğuna və adət halına keçməsinə heyrətlənməmək mümkün deyil! Sanki hamı cib telefonuna bağlanıb. Gənclərin əksəriyyətində cib telefonu var, hamı da əsrin bu bəlasını əlindən buraxmır, iki dəqiqədən bir baxırlar. Hiss olunur ki, fikirləri ovuclarındakı telefonlardadır. Mesaj yazırlar, göndərən kimi gülümsəyir, dərindən nəfəs alır və gözləyirlər. Adamları görmürlər, sanki haradan gəlib, hayana getdikləri onlar üçün maraqlı deyil! Siqnal gələn kimi sevincək açıb oxuyur, gülümsəyir və yenə cavab yazıb gözləyirlər. Avtobusda, metroda, şəhərin küçələrində, parklarında belə səhnələrə qədərsiz sayda rast gəlmək olur. Hiss edirsən ki, onlara əl-ayaq lazım deyil! Bir oturan yerləri oldu bəs edir! İki ələ, on barmağa da ehtiyac yoxdur! Mesajı iki barmaqla yazırlar, oxumağa da Təpəgözdəki kimi bir göz kifayətdir. Heç kimi görmürlər, heç kimi düşünmürlər, bütün fikir-zikirləri göndərdiyi və alacaqları mesajlardadır!  

Belə uşaqların valideynləri özlərini uşaqlarının tərbiyəsində tərbiyəsiz tərbiyəçinin onları üstələməsini etiraf edə bilərlər. Ziyanlı vərdişə alışanı mənasız əməldən çəkindirmək çətindir! Ona görə ki, mesajlaşmaq onun beyninə xüsusi zövq və məhəbbətlə elə pərçimlənib ki, daşındırmaq üçün nə zor, nə hədə, nə də ki valideyn hikkəsi kömək etməyəcək.

Hər işin öz vaxtı var. Uşaq balaca olanda ona bahalı çoxfunksiyalı cib telefonu almaq məsləhət deyil! Almısınızsa, nəzarət edin ki, o, vaxtında yatsın və gecə yarısı sosial şəbəkələrdə avaralanmasın! İndiki valideynlər bilməlidirlər ki, uşaq evdə, gözünün qarşısında olsa da, belə bu onun nəzarət altında olması demək deyil. Tərbiyəsiz tərbiyəçiyə övladınızı qanadınızın altından çıxarmağa, ovsunlayıb əsarətinə salmağa bir-iki axmaq tanışlıq bəs edir.

Bilməlisiniz ki, uşaqlarınız üçün virtual aləm - internet dünyası, televizor və hətta cib telefonları nə qədər faydalı olsalar da, bir o qədər təhlükələr və ziddiyyətlərlə doludur. Etiraf etmək lazımdır ki, internet resursları vacib məlumatlarla, ciddi biliklərlə zəngindir. Digər tərəfdən, müasir virtual ünsiyyət vasitələri vahid əxlaqa, açıq desək, əxlaqsızlığa  yuvarlanaraq qloballaşan dünyada əsasən uşaqların və yeniyetmələrin ruhuna, iç dünyasına, davranışına dağıdıcı zərbələr vurur. Övladınız bir tərəfdən evinizdə, gözünüzün qarşısında, nəzarətiniz altındadır, digər tərəfdən isə internetdə, televiziyada, cib telefonunda onu cəzb edib özünə bağlayan gizli maraqlar onu real dünyadan, canlı və vacib ünsiyyətdən təcrid edir. 14-15 yaşında yetkinlik yaşına çatmayan uşaqları müasir əxlaqı və həyat normalarını inkar edən çirkin saytlar, cib telefonları ilə aramsız mesajlaşmalar, tanışlıqlar və teleməkandakı formaca bəsit, mənəviyyat baxımından dağıdıcı mövzular ailə dəyərlərindən aralayır, qapalı və heç kimə məlum olmayan virtual həyatın tərbiyəsiz qanunlarının quluna çevirir. Ona irad tutanda isə artıq ailədə ciddi münaqişələr yaranır. Siz qəfildən uşağınızın üstündə hakimiyyətinizi itirdiyinizi dərk edirsiniz. Övladınız gözünüzün qarşısında da olsa, artıq sizin valideyn kimi onun tərbiyəsinə müdaxilə edə, ona istiqamət verə bilmirsiniz, çünkü övladınız başqa tərbiyəçinin təsiri altındadır! Cib telefonu ilə tanış olub rayondan Bakıya gələn qızlar, ərlərini atan cavan qadınlar, arvadından üzü dönən ərlər və internet münasibətləri üstündə törədilən cinayətlər haqqında telekanallardan eşitdiyiniz məlumatlar yəqin ki hamının yadındadır.  

Əgər valideynlər virtual təhlükələrin nə olduğunu bilmirsə, uşaq reallıqlardan elə bir-iki yaşında təcrid oluna bilər. Məsələn, iki aylığından dörd yasına qədər uşaqları iki il ərzində müşahidə edən Qərb tədqiqatçıları televiziya proqramlarına çox baxan körpələrin əqli inkişafdan qaldığını aydınlaşdırıblar. Uşaqlarda görmənin pisləşməsi, artıq çəkinin, motivasiyasız aqressiyanın əmələ gəlməsi televerilişlərə aramsız baxmağın nəticəsidir. Əgər balaca uşağınız saatlarla multiklərə aludə olub mavi ekrandan ayrıla bilmirsə, narahat olub tədbir görməyinizə dəyər. Əks halda, belə böyüyən uşaqların dil təcrübəsi və hərəkətləri yaşlarına görə zəif olur. Xüsusi verilişlər, internet bağlaşmaları, mesajlaşmalar heç vaxt canlı ünsiyyəti əvəz edə bilməzlər. Böyüklərin davranışı, uşaqlara göstərdikləri canlı nümunələr istənilən texniki tədris vasitələrindən üstündür. 

Müasir rabitə və kommunikasiya vasitələrinin həyatımıza etdiyi təcavüz artıq təhlükəli bir həddədir. Canlı ünsiyyətin qırılması, qohumluq əlaqələrinin zəifləməsi insanları təkliyə, tənhalığa sövq edir.

Ona görə də çalışın virtual aləmdən ailə səviyyəsində uzaqlaşın. Əgər evdə televizor aramsız işləyirsə, hər kəsin öz verilişinə baxması üçün ikinci, üçüncü televizor alınırsa, deməli, bütün ailə virtual aləmdən asılıdır. Çalışın yalnız ən maraqlı və dəyərli verilişlərə baxın, qohumlarınızı yada salın, ailədə bir-birinizlə ünsiyyəti gücləndirin. Uşaqları başa salın ki, yataq otağında cib telefonu, kompyuter, nootbuk olmalı deyil. Elə edin ki, bu qadağalara siz yox, uşaqlarınız özü nəzarət etsin. Evdəki kompyuteri qonaq otağında, hamının görə biləcəyi yerdə elə yerləşdirin ki, istənilən vaxt onun arxasında oturan övladınıza nəzarət edə biləsiniz. Ailədə balacalar multfilmə baxmaqdan yana dalaşırlarsa, televizoru işıqdan ayırın və uşağı inandırın ki, o, xarab olub. Balacanı bu minvalla real münasibətlərə cəlb edin. Bizi genetik yaddaşımızdan, milli-mənəvi və ailə dəyərlərindən uzaqlaşdıran ünsiyyət vasitələri təhlükəlidir. Hər bir valideyn bunu yadında saxlamalı, Şərq ailəsinin, Şərq mentalitetinin Avropa dəyərlərindən üstün cəhətlərini qorumaq üçün evdə, ailədə sayıq, diqqətli və məlumatlı olmağa can atmalıdır.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

13:44
01 Aprel

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb  

11:21
01 Aprel

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!