25 May 2026 23:01
114
SİYASƏT
A- A+
Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, parlament deputatları, nazirlər, diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Sonra Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Səfir F.Quliyev çıxış edərək bildirib ki, tariximizin müxtəlif dövrlərində ağır sınaqlardan keçsək də, müstəqillik arzusu heç zaman sönmədi. Bu gün qüdrətli və qalib Azərbaycan dövləti həmin arzunun, həmin inamın və mübarizənin bəhrəsidir. “Biz fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. Bu günün xüsusi mənası da ondadır ki, müasir Azərbaycan və Gürcüstan dövlətçiliyinin yolları məhz burada, Tbilisidə kəsişmişdi. Tarix xalqlarımıza eyni dövrdə və eyni məkanda azadlıq imkanı verdi. Bu, sadəcə tarixi təsadüf deyil, xalqlarımızın taleyini birləşdirən böyük bir mirasdır”, – deyə diplomat vurğulayıb.

Səfir mayın 26-da dost, qardaş Gürcüstanın Milli bayramı – Müstəqillik Gününü qeyd edəcəyini bildirib. F.Quliyev deyib: “Mayın 18-də Bakıda Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış sənədə əsasən, mayın 25-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Dəmir yolların açılışı ilkin mərhələdə yalnız Gürcüstan istiqamətində həyata keçiriləcək. İlk qatar bu axşam 23:10-da Bakıdan yola düşəcək, mayın 26-da səhər saatlarında Gürcüstanın Müstəqillik Günündə Tbilisiyə çatacaq. Şübhəsiz ki, bu hadisə dərin rəmzi məna daşıyır və məhz bu günə təsadüf etməsi Prezident İlham Əliyevin xüsusi qərarı və göstərişi əsasında baş tutur”.

Bildirilib ki, müstəqillik yoluna eyni tarixi dövrdə qədəm qoymuş Azərbaycan və Gürcüstan taleyin oxşar sınaqları ilə üz-üzə qalmış, azadlıqlarını qorumaq və dövlətçiliklərini möhləmləndirmək uğrunda çətin, lakin şərəfli yol keçmişlər. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürdü, lakin bu qısa zaman kəsiyi bütöv bir əsrə bərabər tarixi miras yaratdı.

Xalqımızın 1990-cı ilin əvvəlində üzləşdiyi problemlərdən danışan səfir deyib ki, xalqımız öz müdrikliyini nümayiş etdirərək, nicat yolunu məhz Ulu Öndər Heydər Əliyevdə gördü. Onun siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası, xalqımızın gələcəyə ümidinin bərpası idi. Bu gün qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin siyasi dühasının və sonsuz vətən sevgisinin möhtəşəm təcəssümüdür.

Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ən böyük arzu - Vətən müharibəsi ilə başlanılan ərazi bütövlüyümüzün bərpası məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdi. Xalqımız tarixi ədaləti bərpa etdi, milli qürurunu özünə qaytardı və dünyaya bir daha bəyan etdi ki, heç zaman işğalla barışmayacaq. Bu gün Azərbaycan güclüdür, qalibdir və öz taleyinin sahibidir.

Daha sonra çıxış edən Şalva Papuaşvili Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək bunun həm dost və qardaş Azərbaycan, həm də Gürcüstan üçün əlamətdar tarix olduğunu bildirib. O, hər iki xalqın əsrlər boyu dostluq münasibətləri saxladığını və bu əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb.

Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun ansamblı, “Ranina” vokal müsabiqəsində “Şən Azərbaycan” mahnısını ifa edən qrupun üzvləri və rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!