25 May 2026 15:16
129
SİYASƏT
A- A+
Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

Azərbaycan-Gürcüstan əlaqələri uzun illərdir yalnız qonşuluq münasibəti deyil, həm də regionun enerji təhlükəsizliyi və tranzit arxitekturasının əsas sütunlarından biri hesab olunur. Son günlər imzalanan sənədlər və verilən açıqlamalar göstərir ki, tərəflər əməkdaşlığı yeni mərhələyə çıxarmağa çalışır. Xüsusilə dəmir yolu əlaqələrinin bərpası və Bakı-Supsa xətti ilə bağlı qərarlar strateji məna daşıyır. 

Milli Məclisin deputatı Müşfiq Məmmədli qəzetimizə açıqlamasında bildirib ki, pandemiyadan sonra dayandırılmış qatar reysinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında insan əlaqələrinin güclənməsi, turizmin canlanması, ticarət dövriyyəsinin artması,Gürcüstandakı azərbaycanlıların sosial bağlarının asanlaşması, Orta Dəhliz boyunca logistikanın genişlənməsi baxımından əhəmiyyətlidir: “Bu qərar həm də siyasi etimad göstəricisidir. Bu regionda geosiyasi dəyişikliklər fonunda Bakı ilə Tbilisinin strateji yaxınlığının qorunduğunu nümayiş etdirir. Tərəflər gündəlik sərnişin dəmir yolu əlaqəsinin bərpasını və Bakı-Tbilisi-Qars xəttinin yeni hissəsinin tam işləməsini razılaşdırıblar. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakı-Supsa boru kəməri ilə bağlı açıqlaması da çox önəmlidir. O bildirib ki, faktiki dayanmış Bakı-Supsa neft kəmərinin fəaliyyəti bərpa olunacaq və bu, Gürcüstan büdcəsinə hər il milyonlarla gəlir gətirəcək. Bu qərarın strateji əhəmiyyəti də var. Belə ki, marşrutların diversifikasiyası Azərbaycan neftinin ixracında alternativ çıxışları artıracaq, Qara dəniz xəttinin aktivləşməsi isə Avropaya çıxış imkanlarını genişləndirəcək”.

Deputat qeyd edib ki, enerji təhlükəsizliyi regionun Rusiyadan asılılığının azaldılması baxımından əlavə üstünlük yaradır. Azərbaycan-Gürcüstan tandeminin güclənməsi ilə enerji əməkdaşlığı yenidən dərinləşir. 

Bakı-Supsa xəttinin 1999-cu ildə istifadəyə verildiyini xatırladan M.Məmmədli bildirib ki, bu, Xəzər hövzəsini Qara dənizlə birləşdirən ilk böyük ixrac marşrutlarından olub. 

Deputat qeyd edib ki, WUF-13 zamanı İ.Koboxidzenin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə razılaşmalar əldə olunub: “ Bunlar Gürcüstana Azərbaycan qazının 20 il müddətinə tədarükünün uzadılması, elektrik enerjisinin ötürülməsi və tranziti üzrə yeni mexanizmlər, Bakı-Supsa kəmərinin fəaliyyətinin bərpası, dəmir yolu və regional nəqliyyat əlaqələrinin genişləndirilməsidir. Bu paket, əslində, iki ölkənin münasibətlərini qonşuluq əməkdaşlığından çıxarıb enerji-logistika ittifaqı səviyyəsinə yaxınlaşdırır. Hazırkı proseslər göstərir ki, Azərbaycan və Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir. Əgər əvvəl əsas xətt enerji layihələri idisə, indi bura nəqliyyat, logistika, elektrik ötürülməsi, regional bağlantılar, Orta Dəhliz, Avropa ilə Asiya arasında körpü rolu əlavə olunur”.

M.Məmmədli vurğulayıb ki, Bakı və Tbilisi yalnız iki qonşu dövlət kimi deyil, Cənubi Qafqazın geoiqtisadi mərkəzi kimi çıxış etməyə çalışırlar. Bu fonda qatar reyslərinin bərpası və Bakı-Supsa xəttinin yenidən işə düşməsi simvolik deyil, regionun gələcək iqtisadi xəritəsinə təsir edə biləcək addımlar hesab oluna bilər.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

15:16
25 May

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:50
25 May

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

14:47
25 May

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

14:45
25 May

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur  

14:32
25 May

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

14:26
25 May

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

14:21
25 May

Yağıntılar sabah axşam tədricən kəsiləcək

14:15
25 May

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

14:06
25 May

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

14:01
25 May

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

13:56
25 May

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!