22 İyun 2025 09:30
1040
Mədəniyyət
A- A+
Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası

Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası


Ölkəmizin ərazisindəki qədim qalalardan, tarixi abidələrdən biri də Əsgəran qalasıdır. Qalanın xarici görkəmi, əzəməti haqqında çox eşitsək də, təəssüflər olsun ki, erməni işğalı səbəbindən uzun illər onu görmək bizə nəsib olmamışdı. Amma tarixdən bilirdik ki, qala XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə tikilib. Azərbaycan memarlığının parlaq nümunələrindən biri olan Əsgəran qalası bu gün də əzəməti ilə diqqət çəkir.

Əsgəran qalası gözəl bir məkanda, Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 kilometr cənubunda, Qarqarçayın sağ və sol sahillərindəki dağın döşündə tikilib. Müdafiə məqsədilə inşa edilən qala Qarabağ xanlığının Şərq qapısı hesab olunub. Erməni qəsbkarları Xocalını işğal etdikdən sonra Əsgəran qalası düşmənin nəzarətində qalmışdı. 

30 ilə yaxın davam edən işğal bizi Əsgəran qalasına aparacaq yolları bağlamışdı. Şanlı Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər illərdən bəri ermənilərin bağladığı yollarımızı açdı. 19-20 sentyabr 2023-cü ildə ordumuzun uğurla həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağda erməni separatizminin kökü tamamilə kəsildi. Həmişəlik olaraq Qarabağda erməni işğalına,  vandalizminə, separatizmə son qoyuldu. Tariximizə böyük hərflərlə yazılmış bu uğurlu əməliyyatdan sonra Xankəndiyə, Ağdərəyə, Əsgərana, Xocalıya və işğaldan azad olunmuş başqa şəhər və kəndlərimizə yol açıldı. 


Əsgəran qalasını ziyarət edənlərin üzündən sevinc süzülürdü


Bu günlərdə Qarabağa üz tutduq. Zaman keçdikcə yenidən qurulan, təzə libasa bürünən ruhlar şəhəri Ağdamdan keçdikdən sonra qədim Əsgəran qalasının yerləşdiyi əraziyə getdik. Sevinclə, fərəhlə ətrafda aparılan quruculuq işlərini seyr edə-edə irəliləyirdik. Rayonun içərilərinə doğru uzanan yollar bərpa olunur, genişlənir, ətrafda abadlıq işləri aparılırdı. İnsanlar dayanmadan işləyir, texnikalar fasiləsiz çalışırdı. 

Bir az irəli gedəndən sonra uzaqdan əsrlərə şahidlik edən tarixi Əsgəran qalasını gördük. Qala möhtəşəmliyi, qədimliyi, əzəməti ilə bizi özünə çəkirdi. Qarabağa gələnlərin demək olar ki, hamısı Əsgəran qalasının yaxınlığında maşınını saxlayıb bu tarixi abidəni ziyarət edirlər. Onun əzəmətinə heyran olurlar. 

Biz də tarixi keçmişimizin möhtəşəmliyini özündə qoruyub saxlayan və yaşadan tarixi abidənin sahəsini addım-addım gəzdik. Qalanın gözəlliyinə heyran qalmamaq mümkün deyil. Düşünürdük ki, bu tarixi abidə sanki əvvəl yox, lap elə bu yaxınlarda inşa edilib.

Əsgəran qalası ilk baxışdan divarlarının eni, qalınlığı və digər xüsusiyyəti ilə diqqət çəkir. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində müdafiə məqsədilə tikilib. Diqqətlə baxanda görürsən ki, qalanın sağ sahili istehkam bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Bütün bunlar qalanın müdafiə qabiliyyətini daha da artırır.

Yuxarı qala həyətinin hər küncündə bir bürc tikilib. Bu da demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar var. İstehkamın sol sahilindəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağ tavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, müdafiə sistemində xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, tikildiyi vaxtdan əsrlər keçməsinə baxmayaraq, qala bütün çalarları və möhtəşəmliyi ilə gələnləri, görənləri heyran edir.


"Əsgəran qalasında and içmişdim ki..."


Əsgəran qalasına ziyarətə gələnlərlə söhbət edib onların ürək sözlərini də dinlədik. İlk həmsöhbətimiz İlham Kazımov dedi ki, Xocalı rayonunun Meşəli kəndində dünyaya göz açıb: "Əsgəri xidmətə Əsgəran Rayon Hərbi Komissarlığından yollanmışam. Yaxşı xatırlayıram ki, ordu sıralarına getməzdən əvvəl Əsgəran qalasını ziyarət etmişdim. Sanki bu qaladan mənəvi güc almışdım. İki il ərzində həmin mənəvi güc məni bütün təhlükələrdən qoruyub saxladı. Hərbi xidmətdə bu qala kimi dözümlü  olacağıma and içmişdim. Xidmətimin sonuna qədər andıma sadiq qaldım. Əsgəri borcumu layiqincə yerinə yetirəndən sonra alnıaçıq, başıuca qoynunda dünyaya göz açdığım Meşəliyə qayıtdım. Qarabağ hadisələri başlayanda ilk olaraq erməni işğalçıları bizim kəndimizə də hücum etdilər. 

23 dekabr 1991-ci ildə Meşəli üzərinə hücuma keçən ermənilər demək olar ki, bütün evləri odlara qaladılar. Həmin gün kəndimizin tarixinə qara hərflərlə yazıldı. Bu qanlı hadisələrdən sonra Meşəlidə yaşamaq mümkün olmadı. Erməni hücumundan qorxuya düşüb meşəyə qaçanları da qəsbkarlar elə orada öldürdülər. Həmin gün kəndimizdə qan su yerinə axdı. Yağılar yaşından, cinsindən asılı olmayaraq, qarşısına çıxan heç kimə aman vermədilər. Həmin dəhşətli gün erməni işğalçıları Meşəlidə 25 nəfəri amansızlıqla güllələdilər, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Erməni işğalçıları atam Xəlil Kazımovu da öldürdülər. Həmin gün doğma ocaqlarımızdan didərgin düşdük. Düşmənin törətdiyi bu qanlı hadisələr ürəyimizə yara vurdu. Uzun illər idi ki, yaralarımız qaysaq bağlamırdı. Nəhayət ki, İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusunun Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında qazandığı Zəfər qaysaq bağlamayan yaralarımıza ən yaxşı məlhəm oldu. Bu tarixi Zəfərdən sonra doğma ocaqlarımıza gedən yollarımız açıldı. İndi qızım İlahə, nəvəm Attila və kürəkənim Kamranla doğma kəndimiz Meşəlidən qayıdırdıq. Bir zamanlar cənnəti xatırladan kəndimiz xarabalığa bənzəyirdi. Meşəlinin hər addımında erməni qəsbkarlarının qanlı izləri qalıb. İnanırıq ki, günlərin birində biz də dövlətimizə, ordumuza minnətdarlıq hissi ilə doğma ocaqlarımıza qayıdacağıq. Nəvəm Attila ilk dəfə idi ki, Meşəlidə olurdu. Kəndimizi, onun təbiətini çox bəyəndi. Dedi ki, "baba, istəyirəm qayıdıb burada yaşayaq". İnanıram ki, yaxın zamanlarda nəvəmin istəyi yerinə yetəcək. Əsgəran qalasını ziyarət etməyi özümə borc bildim. Qalanı ziyarət edərkən bir zamanlar ordu sıralarına yola düşdüyüm günlər gəlib gözlərim önündə dayandı".  

Daha sonra həmsöhbət olduğumuz Şirin İsrafilov, Hüseyn Talıbov, Qismət Həmdullayev də Əsgəran qalasının bənzərsizliyindən ətraflı söz açdılar. Qarabağ torpaqlarına ayaq basdıqlarına, bu gözəl yerləri ziyarət etdiklərinə görə şanlı Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına dərin minnətdarlıqlarını bildirdilər.

Bu müqəddəs məkana baxanların ardı-arası kəsilmirdi. Qalanı ziyarət edənlər buradan böyük heyranlıqla, vurğunluqla ayrılırdılar. Bu heyranlıq, bu vurğunluq isə əbədi olaraq onların yaddaşında yaşayacaq.  


Vahid MƏHƏRRƏMOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

21:19
12 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:08
12 İyul

Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

20:36
12 İyul

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

20:26
12 İyul

Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir  

19:38
12 İyul

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir 

18:47
12 İyul

Bu gün Bakının 549 küçəsi yuyulub

18:39
12 İyul

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:13
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

18:04
12 İyul

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb  

17:47
12 İyul

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

17:41
12 İyul

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

17:00
12 İyul

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB

16:58
12 İyul

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

16:43
12 İyul

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

15:35
12 İyul

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB

15:19
12 İyul

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib

14:49
12 İyul

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

14:03
12 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur  

14:01
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

14:00
12 İyul

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!