20 Avqust 2026 17:11
297
SİYASƏT
A- A+
Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir 

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir 


Regionda sülh və normallaşma prosesinin davamlı xarakter alması Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Qarşıdakı mərhələdə sülhün əsas nəticələrindən biri bütün region ölkələri arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi, bununla da yeni inkişaf imkanlarının formalaşması olacaq. Bu baxımdan Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.

Onun sözlərinə görə, Orta Dəhliz artıq yalnız bir nəqliyyat marşrutu kimi nəzərdən keçirilə bilməz. Bu dəhliz Avropa ilə Asiya arasında ticarət, logistika, investisiya və iqtisadi əməkdaşlığın yeni platformalarından birinə çevrilməkdədir. Azərbaycanın coğrafi mövqeyi isə ölkəmizə bu prosesdə xüsusi üstünlüklər qazandırır: “Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətlərini birləşdirən mühüm halqa rolunu oynayır. Ölkəmizin isə bu prosesdəki rolu onun regional “orta güc” kimi strateji mövqeyini də nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində orta güclərin əhəmiyyəti yalnız hərbi və siyasi potensialla deyil, müxtəlif regionlar və güc mərkəzləri arasında iqtisadi, nəqliyyat və humanitar əlaqələrin qurulmasına verdiyi töhfə ilə də ölçülür. Azərbaycan coğrafi mövqeyindən və artan diplomatik imkanlarından istifadə etməklə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanına çevrilir. Bu, ölkəmizin regional və beynəlxalq proseslərdə çəkisini artıran mühüm amildir. Xüsusilə sülh və normallaşma prosesinin möhkəmlənməsi Azərbaycanın bu imkanlarından daha geniş istifadə etməsinə şərait yarada bilər”.

AMQF-nin sədri, xüsusilə Naxçıvanın gələcəkdə bu prosesdə mühüm strateji rol oynaya biləcəyini diqqətə çatdırıb. “Bu bölgə qarşıdakı illərdə Azərbaycanın ən dinamik inkişaf edən strateji məkanlarından birinə çevrilə bilər. Sülh və regional kommunikasiyaların inkişafı Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar yaradır. Burada məsələ yalnız nəqliyyat bağlantısının təmin olunmasından getmir. Naxçıvanı logistika, ticarət, turizm, xidmət və investisiya mərkəzlərindən birinə çevirmək üçün geniş perspektivlər mövcuddur. Naxçıvan Türkiyə və daha geniş Avrasiya məkanı ilə iqtisadi əlaqələrin mühüm qovşaqlarından biri ola bilər. Bu isə Naxçıvanda yeni müəssisələrin, xidmət sahələrinin və iş yerlərinin yaranmasına, əhalinin sosial rifahının yüksəlməsinə ciddi töhfə verə bilər”, - deyə o vurğulayıb.

Ramil İskəndərli qeyd edib ki, Orta Dəhlizin inkişafı, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi, Türkiyə ilə strateji tərəfdaşlığın genişləndirilməsi və regional sülhün möhkəmləndirilməsi bir-birini tamamlayan proseslərdir. Azərbaycan bu imkanları düzgün şəkildə əlaqələndirir, ölkəmizin regional və beynəlxalq əhəmiyyətini daha da artırmaqda davam edir: “Azərbaycanın nəinki tranzit ölkə statusu güclənib, həm də ölkəmiz formalaşan yeni regional münasibətlər sistemində əlavə dəyər yaradan əsas aktorlardan birinə çevrilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

20:00
20 Avqust

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur

19:49
20 Avqust

Azərbaycan voleybol milllisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

19:42
20 Avqust

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

19:35
20 Avqust

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

19:28
20 Avqust

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

19:21
20 Avqust

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

19:14
20 Avqust

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

19:07
20 Avqust

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

19:00
20 Avqust

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

18:53
20 Avqust

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

18:46
20 Avqust

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

18:42
20 Avqust

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq

18:39
20 Avqust

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

18:32
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

18:30
20 Avqust

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

18:25
20 Avqust

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

18:20
20 Avqust

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir

18:18
20 Avqust

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

18:11
20 Avqust

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

18:04
20 Avqust

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

17:57
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!